vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
ENERGETİKA  
14:38 | 2 noyabr 2016 | Çərşənbə Məqaləyə 1216 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Neft bir qədər bahalaşıb

Rusiya qlobal neft hasılatının məhdudlaşdırılmasında «konsensusa ümid edir»

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya hasilatın məhdudlaşdırılmasına dair OPEC üzvləri və bu təşkilata daxil olmayan ölkələr arasında konsensusun əldə olunmasına ümid edir, Kremlin nümayəndəsi deyib. «Məsələ ilə bağlı iş davam edir... Əksər ölkələrin mövqeləri üst-üstə düşür», Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

«Biz bu sahədə məlum konsensusa ümid edirik».

Ötən həftənin sonunda OPEC təşkilatının iclasına qatılan qeyri-üzv dövlətlərin nümayəndələri arasında Rusiya da olub. Lakin bu ölkənin rəsmiləri qlobal hasılatın məhdudlaşdırılması barədə planlara münasibət bildirməyib.

Ötən cümə günü məsələ ilə bağlı OPEC rəsmilərinin Vyanada keçirilən görüşü nəticəsiz başa çatıb. Sentyabrda OPEC neft qiymətlərini sabitləşdirmək üçün istehsalın gündəlik 32.5-33 mln. barel səviyyəsində məhdudlaşdırılacağı barədə bəyanat yayıb.

Ölkələr üzrə konkret limitlər barədə qərar noyabrın 30-da Vyanada keçirilən görüşdə razılaşdırılmalıdır. OPEC ümid edir ki, həmin razılaşmaya kartelə üzv olmayan ölkələr də qoşula bilər. Lakin İran və İraq hasilatı artırmaqda maraqlı olduğunu bildirirlər.

Ötən şənbə Vyanada OPEC görüşünə qatılan Azərbaycanın energetika naziri Natiq Əliyev deyib ki, «‎hər şey ölkələrin, ilk növbədə İran və İraq kimi OPEC üzvlərinin mövqeyindən asılı olacaq».

Bu arada neftin qiymətinin artımı şəraitində Rusiya büdcə hesablamaları daha ucuz neft qiymətinə əsaslanır.

Hazırda Brent markalı neftin 1 barelinin qiyməti təxminən 49 dollar təşkil edir. İlin əvvəlində isə qiymət 35 dollara yaxın olub.

Rusiyada 2017-2019-cü illərin büdcəsində neftin qiyməti 40 dollardan götürülüb.

 

***

 

Çərşənbə axşamı günü neft qiymətləri bir qədər artıb. Bu son 5 həftə ərzində yeganə dünən ərzində ən kəskin eniş ardınca baş verib.

Yanvar ayına fyuçers satışlarında 32 sentə bahalaşan Brent markalı neftin qiyməti 48,93 dollar olub.

WTI neftinin qiyməti isə 5 sent artaraq 46,91 dollara çatıb.

Hərçənd ki, təhlilçilərə əsasən qiymətin əsaslı şəkildə artacağı ehtimalı məhduddur. Qlobal bazarlarda aşırı təklif müşahidə olunur.

Rusiyanın maliyyə nazirinin müavini Maksim Oreşkin deyib ki, neftin bir qədər bahalaşması ilin əvvəlində təchizatın aramsızlığının pozulması ilə bağlı olub. Onun sözlərinə görə hazırda İran və İraq kimi ölkələr hasilatı artırır və istehsalın ABŞ-da da artacağı gözlənilir.

Bu ABŞ bazarının fraqmentləşməsilə bağlıdır: indiki qiymətlərlə bəzi yataqlar yenidən gəlirli ola bilər və orda hasilat artacaq, Rusiya rəsmisi deyib. Rusiya nazir müavininin dediklərilə razılaşan «Standard & Poor» reytinq agentliyinin nümayəndəsi hesab edir ki, yaxın vaxtlarda neft qiymətləri çox güman ki, 45-50 dollardan artıq olmayacaq.

Aleksandr Qryaznov deyir ki, neft OPEC tərəfindən hasilatın məhdudlaşdırılacağı barədə xəbərlər fonunda bahalaşır. Lakin ekspert bu sahədə razılaşmanın əldə olunacağına şübhə ilə yanaşır.

Təsəvvür etmək çətindir ki, hasilatı artırmaq istəyən ölkələr bu fikirdən vaz keçib istehsalı məhdudlaşdırmaq qərarına gəlsinlər, Aleksandr Qryaznov deyir.

«Hasilatı azaltsan bazara ABŞ istehsalçıları çıxacaq və sən öz payını itirəcəksən».