vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
SOSİAL  
09:32 | 3 noyabr 2016 | Cümə axşamı Məqaləyə 2412 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Mənzillərin qiymətləri…

…İpoteka kreditlərinin maksimal məbləği

MÖVZU İLƏ ƏLAQƏLİ

«Azərbaycan İpoteka Fondu» Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən «Güzəştli ipoteka kreditinin verilməsi qaydası»na uyğun olaraq ASC tərəfindən kreditlərin müddəti, maksimum məbləği, faiz dərəcələri və həmçinin ipoteka kreditləri hesabına alınan yaşayış sahəsinin Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri üzrə zonalar, ölkənin digər şəhər və rayon əraziləri üzrə 1 (bir) kvadratmetri üçün orta bazar qiymətləri müəyyən edilib.

«Azərbaycan İpoteka Fondu» ASC-dən verilən məlumata görə, kreditlərin faiz dərəcələri və müddətləri dəyişməsə də, ilkin ödəniş məbləği konkretləşdirilib, maksimal kredit məbləğ isə artırılıb. Belə ki, adi ipoteka üzrə maksimal faiz dərəcəsi 8, maksimal müddəti 25 il, güzəştli ipoteka üzrə maksimal faiz dərəcəsi 4, maksimal müddəti 30 il olaraq qalsa da, hər iki kateqoriya üzrə maksimal kredit məbləği 100 min manata qaldırılıb.  İlkin ödəniş məbləği isə adi ipoteka üzrə 15-25 faiz, güzəştli ipoteka üzrə 15 faiz müəyyən edilib.

Bundan başqa, ipoteka kreditləri hesabına alınacaq yaşayış sahələrinin Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri üzrə zonalar, ölkənin digər şəhər və rayon əraziləri üzrə 1 (bir) kvadratmetri üçün orta bazar qiymətləri müəyyən edilib.


Bakı şəhəri üzrə

Zona

Orta qiymət

Zona

Orta qiymət

1

3 216

7

2 022

2

2 887

8

1 716

3

3 153

9

1 608

4

2 280

10

1 458

5

1 987

11

1 207

6

2 483

12

989

Həmçinin Gəncə, Sumqayıt və Xırdalan şəhərləri üzrə 1069 manat, Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan şəhərləri üzrə 975 manat, respublikanın digər rayon (şəhər) və qəsəbələri (kəndlər) üzrə 589 manat müəyyən edilib.