vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
ENERGETİKA  
11:05 | 5 noyabr 2016 | Şənbə Məqaləyə 907 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Neft 30 dollara enə bilər

«Müəyyən anlaşma və razılaşma olacaq»

MÖVZU İLƏ ƏLAQƏLİ

Qərbi Texas nefti (WTI) NYMEX bazarında 13 sent yüksələrək bir barrel üçün 44.79 dollara satılıb. Dünən isə qiymət 1.5 faiz ucuzlaşaraq 44.66 dollar nəticə ilə 23 sentyabrdan bəri ən aşağı səviyyəyə düşüb. ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barrelinin dəyəri 14 sent yüksələrək 46.49 dollara çatıb. Dünən isə 1.1 faiz düşərək günü 46.35 dollarla tamamlayıb. «AzəriLayt» markalı neftin bir barrelinin qiyməti 0,28 dollar ucuzlaşaraq 46,30 dollar təşkil edib.

Məsələ ilə əlaqədar iqtisadçı-ekspert Natiq Cəfərli «Sputnik»ə açıqlamasında deyib: «OPEC ölkələrinin ilin əvvəlindən bəri bazara sözlü müdaxilələri, bunun arxasınca heç bir əməli tədbir görməməsi bazar oyunçularında belə bir fikir formalaşdırdı ki, bu təşkilat neft bazarına ciddi təsir göstərə bilməyəcək. Ən maraqlısı da budur ki, oktyabr ayında OPEC tarixində ilk dəfədir ki, bütün ölkələrdə maksimal hasilat olub.

Bu da onu göstərir ki, hətta noyabr ayının sonunda hasilatın dondurulması ilə bağlı hər hansı bir qərar olsa, bütün ölkələr bu qərara qədər maksimal dərəcədə neft hasil etmək istəyirlər. Onlar bununla da çalışırlar ki, neft hasilatının dayandırılmasından uduzmasınlar. Bunun özü də bazara çox ciddi mənfi təsir göstərir».

Ekspert bildirib ki, «AzəriLayt» markalı neft Brent markalı neftdən müəyyən qədər baha satılırdı: «Yəni, təqribən 70-80 sent, bəzən 1 dollar daha baha satılırdı. İndi qiymətlərin az qala bərabərləşməsi bəzən isə aşağı düşməsinin səbəbi ola bilər ki, Ceyhan limanından «AzəriLayt» markalı neftə müəyyən qiymət endirimi elan olunub. Bunda da məqsəd bazar payımızı saxlaya bilməkdir. Bir çox ölkələr, o cümlədən Səudiyyə Ərəbistanı, İran, İraq neft satışından birjada olan qiymətdən daha ucuz qiymət təklif edir ki, bazar payını genişləndirsin. Ola bilər, bu rəqabətə görə Azərbaycan da Ceyhan limanından satılan neftə müəyyən dərəcədə qiymət endirimi elan edib. Bu, bir ehtimaldır». O, qeyd edib ki, ilin sonuna neftin qiyməti noyabr ayında keçiriləcək OPEC toplantısından sonra daha da aydınlaşacaq. «OPEC-in toplantısında hər hansı bir kəskin qərarların verilməsi ehtimalı çox aşağıdır. Müəyyən anlaşma və razılaşma olacaq. Çünki, bu, olmazsa, neft bazarında qeyri-ciddi vəziyyət yaranacaq. Vyanada müəyyən anlaşma olsa, neftin qiymətləri 45-50 dollar civarında qala bilər. Əgər normal anlaşma olmazsa, neftin qiyməti 40 dollardan aşağı düşə, hətta bir müddət sonra 30 dollara qədər enə bilər» — deyə Cəfərli bildirib.