«Prezidentdən kömək istəyirəm»
Jurnalist İlham Əliyevə müraciət etdi
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Zabilin yoxluğu böyük itkidir”
Mətbuat Şurasının təşəbbüsü ilə mərhum jurnalistə həsr olunmuş kitabın təqdimatı keçirilib
-
Zabil Müqabiloğlu nazirin diqqətində
Oqtay Şirəliyev jurnalistin müalicəsini nəzarətə götürdü
-
Vəziyyəti sabitləşib
Zabil Müqabiloğludan şad xəbər var
-
Deputat jurnalisti ziyarət etdi
Zabil Müqabiloğlu bu gün əməliyyat olunacaq
Jurnalist Zabil Müqabiloğlu ölkə prezidenti İlham Əliyevdən kömək istəyir. Bu barədə AzNews.az-a onun özü məlumat verib. Jurnalist hazırda birinci əməliyyatın uğurla başa çatdığını vurğulayıb: «Bu əməliyyat qanaxmanın qarşısını almaq üçün aparıldı:
«Hazırda narahatlığım yoxdur. Ağır əməliyyatlar bundan sonra gözlənilir. Aparılan müayinələrə əsasən bir neçə həkim rəy vermişdi. Ümumi rəy belə oldu ki, təcili olaraq qaraciyər dəyişdirilməli, yeni orqan köçürülməlidir».
Z.Müqabiloğlu nəzərdə tutulan əməliyyatın harada aparılmasının dəqiqləşdirilmədiyini bildirib:
«Millət vəkili Qənirə Paşayeva bəzi şəxslərlə əlaqə saxlayıb. Söz veriblər. Amma dövlət rəhbərindən kömək istəyirəm».
Z.Müqabiloğlu noyabrın 7-də səhər saatlarında vəziyyəti ağırlaşıb. Daxili qanaxma ilə 1 saylı Kliniki Xəstəxanaya yerləşdirilən jurnalistin qara ciyərində problem yarandığı məlum olub.
Zabil Müqabiloğlu uzun illər «Yeni Müsavat» qəzetində redaktor vəzifəsində çalışıb. Son illər isə təsisçisi olduğu «Gunxeber.com» saytına rəhbərlik edib.