Zabil Müqabiloğlu nazirin diqqətində
Oqtay Şirəliyev jurnalistin müalicəsini nəzarətə götürdü
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Zabilin yoxluğu böyük itkidir”
Mətbuat Şurasının təşəbbüsü ilə mərhum jurnalistə həsr olunmuş kitabın təqdimatı keçirilib
-
Nazir baş həkimi işdən çıxardı
Elxan Məmmədov öz ərizəsiylə getdiyini deyir
-
Akademikin 95 illiyinə həsr olunmuş konfrans
Nazir: “Zərifə xanım yüksək ixtisaslı səhiyyə kadrların hazırlanmasına böyük əmək sərf edib”
-
Vəziyyəti sabitləşib
Zabil Müqabiloğludan şad xəbər var
-
«Prezidentdən kömək istəyirəm»
Jurnalist İlham Əliyevə müraciət etdi
-
Deputat jurnalisti ziyarət etdi
Zabil Müqabiloğlu bu gün əməliyyat olunacaq
-
Kor qalmış səhiyyə
«Diqqət!!! Səhiyyə Nazirliyi xəbərdarlıq edir!»
-
Nazir dərman payladı ...
... və şikayətçiləri xəstəxanalara göndərdi
-
Nazir Ebola «qaynar xətt»i yaratdı
Virusun ölkəyə keçmə təhlükəsi olmasa da, Oqtay Şirəliyev ehtiyatlı davranır
-
Nazir xəstələri özü ilə Bakıya gətirdi
Belarusda müalicə olunan soydaşımız Bakıya gətiriləcək və bütün xərcləri qarşılanacaq
-
«Bu, faciədir!»
Oqtay Şirəliyev: «Tənqidlərə diqqətlə yanaşın»
-
Qaraciyərində yaramış problemlərlə bağlı səhhəti kəskin şəkildə pisləşən jurnalist Zabil Müqabiloğlunun sağalması ilə bağlı bütün işlərə dövlət tərəfindən tam dəstək göstəriləcək.
Bunu Lent.az-a açıqlamasında millət vəkili Qənirə Paşayeva deyib. Millət vəkilinin sözlərinə görə, jurnalistə qaraciyər köçürülməsi və tam sağalana qədər lazım olan müalicəsinin təminatı üçün səhiyyə naziri Oqtay Şirəliyevin qəbulunda olub: «Səhiyyə Naziri ilə özüm şəxsən görüşüb, jurnalist həmkarlar adından müraciət etdim və bildirdim ki, bu məsələdə dövlət dəstəyinə ehtiyac var. Nazir Oqtay Şirəliyev də vurğuladı ki, məsələ diqqətdədir və jurnalistin qaraciyər köçürülməsi əməliyyatı, həmçinin, ondan sonrakı müalicəsinə dəstək göstəriləcək».