Nazir xəstələri özü ilə Bakıya gətirdi
Belarusda müalicə olunan soydaşımız Bakıya gətiriləcək və bütün xərcləri qarşılanacaq
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Nazir baş həkimi işdən çıxardı
Elxan Məmmədov öz ərizəsiylə getdiyini deyir
-
Akademikin 95 illiyinə həsr olunmuş konfrans
Nazir: “Zərifə xanım yüksək ixtisaslı səhiyyə kadrların hazırlanmasına böyük əmək sərf edib”
-
Zabil Müqabiloğlu nazirin diqqətində
Oqtay Şirəliyev jurnalistin müalicəsini nəzarətə götürdü
-
Kor qalmış səhiyyə
«Diqqət!!! Səhiyyə Nazirliyi xəbərdarlıq edir!»
-
Nazir dərman payladı ...
... və şikayətçiləri xəstəxanalara göndərdi
-
Nazir Ebola «qaynar xətt»i yaratdı
Virusun ölkəyə keçmə təhlükəsi olmasa da, Oqtay Şirəliyev ehtiyatlı davranır
-
«Bu, faciədir!»
Oqtay Şirəliyev: «Tənqidlərə diqqətlə yanaşın»
-
Səhiyyə Nazirliyi Oqtay Şirəliyevin Balakən rayonunda keçirdiyi qəbulun nəticələrinə dair məlumat yayıb. Nazirlikdən lent.az-a verilən məlumata görə, səhiyyə nazirinin sakinlərlə görüş zamanı onların istək və arzuları, vətəndaşların problem və xahişləri ilə yaxından tanış olan nazir, həmin məsələlərin həlli istiqamətində bir sıra tapşırıq və göstərişlər verib.
Daxil olmuş müraciətlər əsasında qısa müddət ərzində 2 nəfər - Respublika Klinik Uroloji Xəstəxanasına, 2 nəfər - Milli Oftalmologiya Mərkəzinə, 1 nəfər - 2 nömrəli Uşaq Klinik Xəstəxanasına, 1 nəfər - ET Hematologiya və Transfuziologiya İnstitutuna və Milli Onkologiya Mərkəzinə, 11 nəfər - Elmi Cərrahiyyə Mərkəzinə, 2 nəfər - Respublika Klinik Xəstəxanasına, 2 nəfər - Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, 1 nəfər - Bakı şəhər 6 nömrəli Uşaq Klinik Xəstəxanasına və 1 nəfər - Şəki Perinatal Mərkəzinə göndərilib.
Həmçinin övladı Belarusda müalicə alan və onun müalicə xərclərinin ödənilməsi ilə əlaqədar müraciət edən şəxsə bütün müayinə və müalicənin dövlət hesabına ödənilməsi şərti ilə ölkəyə gətirilməsi məsləhət görülüb.
Digər 2 nəfərin xəstəliyi ilə əlaqədar Zaqatala və Balakən MRX-nın rəhbərliklərinə tapşırıqlar verilib.