Akademikin 95 illiyinə həsr olunmuş konfrans
Nazir: “Zərifə xanım yüksək ixtisaslı səhiyyə kadrların hazırlanmasına böyük əmək sərf edib”
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Akademikin 100 illiyi keçiriləcək
Prezident sərəncam imzalayıb
-
Zərif alim
Görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95-ci ildönümüdür
-
«Danışan gözlər», ...
... insanlıq nümunəsi, uzaqlaşmayan kədər... (II YAZI)
-
62 illik ömrün akkordları
Minləri xilas edən ideya, SSRİ-də ilk mükafat
Aprelin 28-də Azərbaycanın tanınmış oftalmoloq-alimi, akademik Zərifə Əliyevanın anadan olmasının 95 illiyinə həsr olunmuş “Oftalmologiyanın aktual problemləri” adlı beynəlxalq elmi-praktik konfrans işə başlayıb.
AzərTAc xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini dərin ehtiramla yad edib, məzarları önünə əklil qoyublar.
Görkəmli dövlət xadimi və ictimai xadim Əziz Əliyevin, istedadlı həkim Tamerlan Əliyevin məzarları üzərinə də tər çiçəklər qoyulub.
Sonra tədbirdə çıxış edən səhiyyə Naziri Oqtay Şirəliyev Azərbaycanın tanınmış oftalmoloq-alimi, akademik Zərifə Əliyevanın oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olduğunu bildirib. Qeyd olunub ki, görkəmli oftalmoloq vaxtilə Azərbaycanda geniş yayılmış traxoma, peşə fəaliyyəti ilə bağlı yaranan göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsi, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların müəllifidir: “O, ümumilikdə 200-qədər elmi işin, 14 monoqrafiyanın və 12 səmərələşdirici təkliflərin müəllifidir. Zərifə xanım Əliyeva yüksək ixtisaslı səhiyyə kadrların hazırlanmasına böyük əmək sərf edib”.
İki gün davam edəcək konfransda görmə orqanlarının peşə patologiyaları, oftalmologiyanın sosial məsələləri, oftalmoloji yardımın təşkili, uşaq yaşlarında görmə orqanının patologiyası, optik mühitlərin patologiyaları, refraksia pozuntuları, korreksiya, qlaukoma, vitreoretinal patologiya, oftalmoonkologiya, görmə orqanının yoluxucu və parazitar xəstəlikləri, görmə orqanı zədələri, uşaq yaşlarında görmə orqanının patologiyası kimi məsələlər müzakirə ediləcək.