
Almaniyanın səhiyyə sektorunu miqrantlar ayaqda saxlayırlar
Əcnəbilər sayı qayğı sektorunda 17.8, həkimlərdə isə 14.9 faiz təşkil edir
Əcnəbilər sayı qayğı sektorunda 17.8, həkimlərdə isə 14.9 faiz təşkil edir
Süni intellekt həkimə olur – imtahandan keçdi
Alman tibb işçisindən tükürpədən cinayətlər
Süni intellekt iki ən populyar peşəni ortadan qaldıracaq
Məşhur kardioloqun adından istifadə edən “həkim” açıq ürək əməliyyatı ilə 7 xəstəni öldürüb
Səbəblər gözləmə müddətləri, dil maneələri və psixoloji problemlərdir
... Üstəlik ev və avtomobil də dövlətdən
Sağlam qadına həkimin səhvi nəticəsində dünyanın ən ölümcül xəstəliyinə tutuldu
ISO 7101:2023 beynəlxalq standartı üzrə maarifləndirici konfrans keçirilib
İtaliyada tibb işçilərinə qarşı zorakılıq xəstəxanaların təhlükəsizliyini şübhə altına alır
“Həkim”də fərasətə bax ...
Zərif cinsin nümayəndələrindən neçəsi polis və hərbiyə üstünlük verir?
Tibb işçilərinin rayonlara cəlb edilməsi üçün stimullaşdırıcı layihə hazırlanır
Bəzi dərmanların qiyməti kəskin qalxıb
(Olmuş əhvalat)
Sığorta ödəyənin yararlana biləcəyi xidmətlər ...
«Kütləvi İnformasiya Vasitələrində həkimlərlə bağlı tənqidləri eşidirik, görürük». Lent.az-ın məlumatına görə, bunu səhiyyə naziri Oqtay Şirəliyev bildirib. O qeyd edib ki, tənqidlərə də diqqətlə yanaşmaq lazımdır: «Haqlı tənqiddən nəticə çıxarmağı bacarmalıyıq».
Nazir vurğulayıb ki, bəzən həkimlərə qarşı haqsız tənqidlər də olur: «İnsanlar özlərinin, doğmalarının sağlamlıqları ilə bağlı məsələlərə həssaslıqla yanaşırlar. Onları anlamalı və heç zaman ruhdan düşməməliyik».
O.Şirəliyevin sözlərinə görə, həkimlər xeyirxahlıqlarını insanlardan əsirgəməməlidirlər. «Azərbaycanda ana və uşaqların sağlamlığının qorunması bizi üçün vacib məsələdir. Son illər bu sahədə böyük işlər görülüb. Amma istədiyimiz nəticəni birdən-birə əldə etmək çətindir». Səhiyyə naziri bildirib ki, bu ilin 5 ayı ərzində ölkədə 63 minə qədər doğuş olub. Ana ölümlərinin də baş verdiyini deyən nazir qeyd edib ki, hər bir belə hadisə bizim üçün faciədir. «Hər konkret halın səbəbləri araşdırılır, ana ölümlərinin tamamilə qarşısının alınması üçün müvafiq tədbirlər görülür».