
Kişilərdə “səssiz xəstəlik”
Getdikcə daha çox rast gəlinir
Getdikcə daha çox rast gəlinir
Hazırda Almaniyada 5000 həkim çatışmır
Yunanıstanda 25-44 yaş arasında tibb işçisi çatışmır
8 erkən xəbərdarlıq xəstəliyi müəyyən etməyə imkan verir
Həkimlərin görməməzlikdən gəldiyi simptom dəhşətli çıxdı
Hamburqda tibb bacısı infarkt keçirən xəstəsinin pul kisəsini oğurlayıb
Almaniyada şirkətləri həyəcan təbili çalır
ABŞ-da sidik kisəsi transplantasiyası həyata keçirilib
Əcnəbilər sayı qayğı sektorunda 17.8, həkimlərdə isə 14.9 faiz təşkil edir
Süni intellekt həkimə olur – imtahandan keçdi
Alman tibb işçisindən tükürpədən cinayətlər
Süni intellekt iki ən populyar peşəni ortadan qaldıracaq
Məşhur kardioloqun adından istifadə edən “həkim” açıq ürək əməliyyatı ilə 7 xəstəni öldürüb
Səbəblər gözləmə müddətləri, dil maneələri və psixoloji problemlərdir
... Üstəlik ev və avtomobil də dövlətdən
Sağlam qadına həkimin səhvi nəticəsində dünyanın ən ölümcül xəstəliyinə tutuldu
Bəzi dərman preparatları və tibbi vasitələrin qiymətində kəskin artım var. Vətəndaşların sözlərinə görə, qiymətlər son 1-2 ay ərzində 2-3 dəfə yüksəlib. Əczaçılar da qiymət artımını təsdiqləyirlər. Əksər ekspertlər bahalaşmanı Rusiya-Ukrayna müharibəsi ilə əlaqələndirirlər.
Qeyd edilir ki, müharibə nəticəsində bu ölkələrdən idxal edilən dərmanların sayında azalma var, bu tendensiya isə qiymət artımına səbəb olub. Mütəxəssislər hesab edirlər ki, bahalaşma daha çox qiyməti Tarif Şurası tərəfindən tənzimlənməyən dərman preparatlarında müşahidə edilir.
Mövzu ilə bağlı danışan millət vəkili Fazil Mustafa hesab edir ki, belə problemlərlə qarşılaşmamaq üçün istehsalı artırmaqla xaricdən idxal edilən dərman vasitələrinə təlabatı azaltmaq lazımdır. Belə olduqda rəqabət mühiti artacaq. Bu isə qiymətlərin stabil olmasına gətirib çıxaracaq.
Məsələni şərh edən ekspert Emin Qəribli bildirib ki, dərman vasitələrin qiymətlərini əlçatan etmək üçün güzəştlər tətbiq edilməlidir.
Qiymət artımı ilə əlaqədar idxalçı şirkətləri ilə əlaqə qurmaq cəhdlərimiz mümkün olmadı.
Qeyd edək ki, qiymətləri tənzimlənən dərman vasitələri ilə bağlı məlumatlar Tarif Şurasının saytında yer alıb. Vətəndaşlar məhz belə preparatların qiymətinin süni şəkildə qaldırılmasını aşkar edərlərsə, aidiyyəti qurumlara məlumat verməlidirlər.