
Fransada milyonlarla xəstəyə zərbə
Şəkərli diabet və xərçəngdən əziyyət çəkənlərin müavinətinə vergi qoyulacaq
Şəkərli diabet və xərçəngdən əziyyət çəkənlərin müavinətinə vergi qoyulacaq
Fransada şirkətlər xüsusi detektiv tutur
İnfeksiyaların sayında 460 faiz artım var
Alimlər qaraciyər xərçənginin əsas səbəbini aşkarladı
Qərb və yəhudi bankirlər, yoxsa ...
Avropada hansı ölkələrin vəziyyəti yaxşıdır?
“Premier Lig”in keçmiş referisi Kute uşaq istismarında günahlandırlılr
Keir Starmer: “İngiltərənin Polşaya dəstəyini açıq şəkildə bildirdim”
Ruslar həqiqətən xərçəngin dərmanını tapıblarmı?
“BioNTech”dən xəstəliklə bağlı tarixi addım
Hər 10 həkimdən 4-ü 60 yaşdan yuxarıdır
Fransada təcili yardım söbələrində yeni xaos yaxınlaşır
Uçuş zamanı uzanan təyyarə istismardan niyə çıxarıldı
Almaniyada satışa çıxan orqanik ərzaq satışdan çıxarıldı
İndoneziyadan idxal edilən karidesdə sezyum-137 tapılıb
Doğum zamanı yol verilən səhvdən sonra xəstəxanəyə tarixi məbləğdə cəza kəsilib
İngiltərədə yaşayan 39 yaşlı Endi Sparay omba ağrısı şikayətləri ilə xəstəxanaya getdiyi zaman həkimlərin gözdən qaçırdığı həyati bir diaqnoz səbəbiylə gecikmiş xərçəng xəstəliyi ilə mübarizə aparır.
Qaçış həvəskarı olan Sparay, keçən ilin mart ayında sol ombasında “şiddətli yanma” hissi ilə həkimə müraciət edib. Lakin həkimlər bu ağrının bu yaxınlarda baş vermiş qəza ilə bağlı ola biləcəyini düşünüblər və ətraflı müayinə aparmayıblar. Həqiqət aylar sonra MRT və biopsiya ilə ortaya çıxıb – Sparayda bağırsaq xərçənginin üçüncü mərhələsi olub.
***
Sparayın ağrısına məhəl qoyulmadı, çünki klassik bağırsaq xərçəngi simptomlarının əlaməti yox idi. Lakin şiş onun bağırsaqlarından ombasına qədər yayılmışdı. Sparayın həkimləri xəstəliyin “Crohn” xəstəliyi ilə əlaqəli ola biləcəyindən şübhələnirlər. Bu xəstəlik bağırsaqlarda xroniki iltihab və xərçəngə yol açan hüceyrə dəyişiklikləri ilə irəliləyir.
“Biz pozitiv qalmağa çalışırıq. Mən bu xəstəliyin müalicə oluna biləcəyinə inanıram. Mən onu məğlub edəcəm”, – Spari deyib.
Kimyaterapiyaya hazırlamaq üçün 2023-cü ilin iyul ayında bağırsaqlarının bir hissəsini çıxaran Sparay iki ay sonra radioterapiya və kimyaterapiyaya başlayıb. Ancaq müalicədən gözlənilən cavab alınmadı. Mayın 21-də ikinci dəfə əməliyyat olunan Sparayın bağırsaqlarının qalan hissəsi və ombasının bir hissəsi çıxarılıb. Daha sonra onun çanaq dibi plastik cərrahlar tərəfindən bərpa edilib və omba nahiyəsi yenidən qurulub.
“Mənim yeni bir adamam” deyən Sparay həm fiziki, həm də psixoloji cəhətdən yenidən qurulma prosesinə girdiyini bildirib.
Həkimlər əməliyyatın uğurlu keçdiyini bildirsələr də, Sparayın tamamilə xərçəngdən azad olub-olmadığı yaxın həftələrdə aparılacaq testlərlə aydınlaşacaq.
Fiziki cəhətdən sağalmağa başlayan Sparay ilk addımlarını atmağa müvəffəq olub. O, ilin sonuna doğru fizioterapiya dəstəyi ilə yenidən marafon məşqlərinə başlamağı planlaşdırır.
***
Sparayın hekayəsi bağırsaq xərçənginin gənclər arasında sürətlə artdığı bir vaxtda gündəmə gəldi. 1990-cı illərin əvvəlindən 2018-ci ilə qədər Böyük Britaniyada 25-49 yaşlılar arasında bağırsaq xərçəngi hallarında 22 faiz artım qeydə alınıb ki, bu da yüksək gəlirli ölkələrdə ən sürətli artımlardan biridir.
Ekspertlər bu artımın səbəbləri üzərində işləməyə davam edirlər. Mümkün amillər arasında yemək vərdişlərinin dəyişməsi, ətraf mühitin toksinləri və həyat tərzində dəyişikliklər daxildir.