Bundestaqda yeni qayda
Üslub qaydalarını pozan deputata 4000, iclasa qatılmayan isə 300 avro cərimələnəcək
23:40 | 8 aprel 2025 | Çərşənbə axşamı
Məqaləyə 146 dəfə baxılıb
Şriftin ölçüsü
Üslub qaydalarını pozan deputata 4000, iclasa qatılmayan isə 300 avro cərimələnəcək
Regionda və dünyadakı sülhün möhkəmlənməsində Azərbaycanın rolu müzakirə olunub
Azərbaycan Prezidentinin köməkçisi Almaniyanın XİN-in dövlət katibi ilə müzakirələr aparıb
Hökumət sərbəst iş qrafiki ilə yanaşı iş müddətini artırmağı düşünür
İnfeksiyaların sayında 460 faiz artım var
Almaniya parlamentinin deputatının toxunulmazlığı qaldırıldı
Sağlamlıq riski daşıyan məhsul mağazalardan yığılır
İngilis həkim “ağrılı” prosedur haqqında xəbərdarlıq edir
Hansılar təhlükəsiz, hansıları risklidir?
55 min iş məhkəmə tarixini gözləyir
Hər 10 həkimdən 4-ü 60 yaşdan yuxarıdır
Yerli ziyarətçi sayı artıb, əcnəbilərdə isə azalma var
Hava limanlarında tətillər, sığorta problemləri, kadr böhranı və gecikmələr sistemi iflic edir
Uçuş gecikmələri və ləğvlər nəyi göstərir?
Leipzigə məcburi eniş
Əksər yerlərdə yalnız təcili yardım xidmətləri göstərilir
Almaniyanın Hessen əyalətində tibb işçiləri vəzifə yerinə yetirərkən fiziki hücumlara məruz qalmaqda davam edir. Səhiyyə Nazirliyinin məlumatına görə, 2023-cü ildə xəstəxana şəraitində ümumilikdə 189 işçi zorakılığa məruz qalıb. Onlardan 34-ü həkim, 155-i tibb bacısıdır.
Səhiyyə Nazirliyi “Klinika” və “Xəstəxana” kimi adlandırılan hadisələri əhatə edən statistikada fiziki toxunulmazlıq və azadlıq əleyhinə törədilmiş cinayətləri nəzərə alıb. 2022-ci ildə hücuma məruz qalan tibb işçilərinin sayı 206 olaraq qeydə alınıb. Bu rəqəmlər səhiyyə sektorunda zorakılığın artıq tək bir hadisə olmadığını, struktur probleminə çevrildiyini göstərir.
Bu halların xüsusilə böyük şəhərlərdəki xəstəxanalarda daha sıx görüldüyü ifadə edilir. Nazirlik bu vəziyyətin şəhərlərdə səhiyyə müəssisələrinin sıxlığı ilə bağlı olduğunu vurğulayıb.
***
Hökumət tibb işçilərinə qarşı zorakılığı ən sərt şəkildə pislədiyini söyləyib. Bildirilib ki, hər bir xəstəxana öz şərtlərinə uyğun olaraq görüləcək tədbirlərə qərar verməlidir. Bunlara polis, təhlükəsizlik xidmətləri, tikinti qaydaları ilə əməkdaşlıq daxildir. Bəzi xəstəxanalarda təhlükəsizlik qapıları, kamera sistemləri və işçilər üçün xüsusi təlimlərin zorakılığın azaldılmasında təsirli olduğu aşkar edilmişdi. Amma ümumi mənzərə ciddi olaraq qalır.
***
Zorakılığın əsas səbəbləri arasında təcili yardım otaqlarında gözləmə müddətləri, dil maneələri, maddə asılılığı, psixoloji pozğunluqlar və xəstə ziyarətçiləri ilə münaqişələr daxildir. Xüsusilə, təcili yardım xidmətlərində, psixiatriya şöbələrində və gecə növbələrində çalışan işçilər ən çox zərər çəkən qruplar sırasındadır.
***
Dövlət Tibb Palatası 2019-cu ildən rəqəmsal hesabat forması vasitəsilə zorakılıq hadisələrini qeydə alır. Qurumun sözçüsü xüsusilə “COVİD-19” pandemiyası zamanı aqressiya hallarının xeyli artdığını və ən çox məlumatların ailə təbabəti, psixiatriya və psixoterapiya sahələrindən gəldiyini bildirib.