vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 7 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
AVROPA  
20:37 | 13 noyabr 2016 | Bazar Məqaləyə 703 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Fransada «fövqəladə vəziyyət uzadıla bilər»

Bataclan terrorundan 1 il ötür

MÖVZU İLƏ ƏLAQƏLİ

Fransada ötən il hücumlardan sonra tətbiq edilmiş fövqəladə vəziyyət uzadıla bilər, baş nazir Manuel Valls BBC-yə deyib. O «demokratiyanı qorumaq üçün» bu tədbirə ehtiyac olduğunu söyləyib.

Cənab Valls Parisdə 130 nəfərin ölümünə səbəb olmuş islamçı qiyamçıların hücumlarının ildönümündə nitq söyləyib.

Prezident Fransua Olland Paris hücumları qurbanlarının xatirəsinə həsr olunmuş lövhələrin açılış mərasimlərində iştirak edib.

Cənan Olland və Paris meri Fransa Stadionundan (State de France) Bataclan konsert zalına qədər hücum edilmiş altı məkanı ziyarət edərək qurbanları anıblar.

Cənab Olland diqqətin siyasətə deyil, qurbanların anılmasına yönəlməsi üçün məkanlarda çıxış etməyib.

Şənbə günü Bataclan konsert zalı britaniyalı müğənni Stinqin səhnəsi ilə yenidən açılıb.

Müğənni aralarında hücumdan sağ çıxanların da olduğu auditoriyaya söyləyib ki, ölənləri yad etmək və həyatı qeyd etmək lazımdır.

Konsertdən öncə özünü İraq-Şam İslam Dövləti (İŞİD) adlandıran qrupun cihadçıları tərəfindən öldürülən qurbanların xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

2015-ci il noyabrın 13-də bir qrup cihadçı Fransa Stadionu və bir neçə restorana hücumlar təşkil edib.

Bataclan hücum ən ölümcülü idi. Burada üç cihadçı 90 nəfəri öldürüb.