vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 7 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
AVROPA  
07:14 | 14 noyabr 2016 | Bazar ertəsi Məqaləyə 1997 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Hərbçilər hakimiyyətə gəlir

Bolqarıstandakı prezident seçkilərində general qalib gəldi

MÖVZU İLƏ ƏLAQƏLİ

Bolqarıstanın yeni prezidenti seçilib. Vaxt.az xatırladır ki, seçkinin bu gün keçirilən ikinci turunda prezident postu uğrunda Bolqarıstan Sosialist Partiyasının üzvü, Hərbi Hava Qüvvələrinin sabiq komandanı Rumen Radev və hakim «Vətəndaşlar Bolqarıstanın Avropa inkişafı uğrunda» (GERB) Partiyasının namizədi, Xalq Yığıncağının sədri xanım Tsetska Tsaçeva mübarizə aparıblar.

AzərTAc bildirir ki, «Alfa Research» və «Gallup» sosial agentlikləri «exit-pol»larının nəticələrinə görə, Rumen Radev 58,5 faiz səs toplayaraq qalib gəlib.

Rəsmi olaraq Bolqarıstanın yeni prezidentinin adı gələn həftə açıqlanacaq. Buna baxmayaraq o, rəsmi olaraq vəzifəsini yanvar ayında, hazırkı prezidentin səlahiyyətləri bitdikdən sonra icra edəcək.