Ləyaqətsiz insanın «like»ı ...
... yaxud qondarma saytın uydurması
Yeganə HACIYEVA
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Bolqarıstan və Rumıniya Şengen zonasında
Uzun sürən danışıqlardan sonra Avstriyanın “saqqızını oğurlaya bildilər”
-
Aİ-nin gizli həbsxanaları
Günlərlə yeməksiz, susuz kazarmalarda saxlanılıb ...
-
Bolqarıstandan Aİ-yə etiraz
Rəsmi Sofiyanın Şengen zonasına daxil olmaqdan imtina edilməsinə reaksiyası sərt oldu
-
“Moskva şantaj edir”
“Bu ssenariyə hazırıq…”
-
Avropada qazı kəsilən ilk ölkə
“Gazprom”un açıqlamasından öncə qaz təchizatı sıfıra düşüb
-
Polşa və Bolqarıstanın qazı kəsildi
Rusiya səbəb kimi hər iki ölkənin ödənişin rublla edilməsi tələbi ilə razı olmadıqlarını göstərir
-
Özünü çar general-qubernatoru kimi aparan elçi
“Xarici səfirin bolqar xalqının adından bolqar hökumətinə qarşı çıxış etməsi yolverilməzdir”
-
Avropa işğalçıdan uzaq durur
Bolqarıstan və Polşa Rusiya qazından imtina etdi, Azərbaycan və Əlcəzair qazına keçir
-
Rusiyanın 10 diplomatı qovulur
Bolqarıstan rəsmiləri ölkədən çıxarılan şəxslərin adlarını açıqlamayıb
-
Latviyada fəxr edilməyəsi birincilik
2018-ci ildə 1 faizə yaxın azalma var
-
Bolqarıstanla İran arasında gərginlik
Baş nazirin təyyarəsinə uçuş icazəsi verilmədi
-
İki ölkə iki bölgəni birləşdirən körpü rolunda
Bolqarıstan-Azərbaycan münasibətlərində yeni mərhələ
-
Qaytanciyevanı «Silk Way»in ahı tutdu
Azərbaycana qarşı təxribatçı məlumat yayan jurnalist Bolqarıstanda işdən qovuldu
-
Azərbaycanlı təlimçinin Bolqarıstan təəssüratları
«Məni gələn ildə bu proqrama dəvət etdilər»
-
Azərbaycana güclü hücum
Səfirlik ittihamlara cavab verir...
-
«Oxfam»dan şok hesabat
Qaçqınları soyundurub, döyüb, elektroşok veriblər...
Dünən xaricdə fəaliyyət göstərən saytların birində (reklam olmaması üçün saytın adını yazmırıq – VAXT.AZ) saytında bir bolqar jurnalistin ifadələrinə istinadən Azərbaycan Hava yollarının dünyada terror ocaqlarına yükdaşımalarda iştirak etdiyini iddia edilən yazısı gedib. Yazı özlüyündə çox qeyri ciddi, faktsız, sübutsuz, uydurma və bu saytın silsilə qarayaxmasından biridir.
Diqqətli və azacıq analiz qabiliyyəti olan oxucu yazını oxuyanda yaranan suallarla yazının hansısa dairələrin sifarişi ilə, qeyri professional yazıldığını şahidi olur. Məsələn, yazida istinad edilən bolqar jurnalist iddia edir ki Mərkəzi , Şimali Afrika və Yaxın Şərqdə olan terror ocaqlarına səfər edərkən şahid olub ki, bu terror ocaqlarına silah daşımalarını bizim hava yolları şirkəti həyata keçirirmiş. Burda belə bir suallar yaranır:
- BMT sülhməramlılarının olmadığı və dünyanın aparıcı media mərkəzlərinin nümayəndələrinin burnunu belə soxa bilmədiyi, Mərkəzi Afrika terror ocaqlarına bir qadın jurnalist necə və hansı statusda səfərlər edirmiş?
- O hansı statusda bir «jurnalist» imiş ki terrorçuların silah və texnikalarını haqqında məlumatları toplayır və nəqliyyat yollarını öyrənirmiş?
- O bu məlumatları kimin üçün və hansı tapşırıq əsasında toplayırmış?
Əgər yazıda qadının iddia etdiyi səfərlər doğurdan da həyata keçirilibsə, deməli bu qadının hansısa xüsusi təyinatlı fəaliyyətlə məşğul olması şübhəsizdir və deməli bizim şirkətləri haqqında söylədiyi fikirlər də onun növbəti xüsusi təyinatlı tapşırığıdır və bu halda artıq daha fərqli suallar yaranır:
- Həmin sayt bir xüsusi təyinatlı fəaliyyəti olan şəxsin uydurmalarını hansı məqsədlə tirajlayır?
- Onları birləşdirən ortaq maraqlar və ya ortaq dairələr hansıdır?
Diqqət verməzdim bu yazıya əgər bu qədər həssas bir məqamda paylaşılmasa idi və sonuncu verdiyim suallara şəxsən mənim özümdə cavabım var . Bilirəm ki bu sayt hələ nə «performans»lar göstərəcək , necə deyərlər puluna minnət ...
P.S. Bilirsiniz nəyə üzülürəm, o yazının altında mənim də tanıdığım, səmimi, dəyər verdiyim insanlardan bir neçəsinin də «like»ı durur. Deyək ki, gəncləri təcrübəsizliyinə bağışlayaq, bəs təcrübəli, yaşlı insanlar? Axı gərək insan nifrət hissinin ədalət hissini, millət, dövlət heysiyyatını unutduracaq qədər, proseslərin dəyərləndirilməsində reallıq hissini itirəcək qədər üstələməsinə imkan verməsin...
VAXT.AZ-dan: Başlıq sayta məxsusdur. Müəllifin «Ləyaqətsiz» sözündən istifadə etməyib.