vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 7 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
AVROPA  
17:14 | 15 noyabr 2016 | Çərşənbə axşamı Məqaləyə 2154 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Ərdoğanı küncə sıxmayın»

Boris Consondan hər kəsi çaşdıran bəyanat

MÖVZU İLƏ ƏLAQƏLİ

«Financial Times» qəzeti yazır ki, Britaniyanın xarici işlər naziri Boris Conson Avropa İttifaqındakı həmkarlarını Türkiyənin ölüm cəzasını bərpa etmək niyyətləri ilə bağlı Ankaranı sıxışdırmamağa çağırıb və nazirləri müəyyən mənada mat qoyub.

«Financial Times» Brüsseldə Avropa İttifaqı xarici işlər nazirlərinin sammitində iştirak etmiş diplomatlara istinadən yazır ki, Britaniya xarici işlər naziri həmkarlarına «Türkiyəni bu məsələyə görə küncə sıxmamağı» məsləhət görüb.

Qəzet yazır ki, prezident Rəcəb Tayyip Ərdoğan ötən iyulda baş vermiş uğursuz hərbi çevriliş cəhdinin ardınca özünün 100 mindən çox potensial opponentinə qarşı repressiyalar tətbiq edib.

Məqalədə deyilir ki, kağız üzərində hələ də Avropa İttifaqına üzvlüyə namizəd olan Türkiyə ölüm cəzasını məhz təşkilata daxil olmaq məqsədilə ləğv etmişdi.

İndi ölüm cəzasının bərpası ilə bağlı Türkiyə rəsmilərinin bəyanatlarından sonra bir neçə Avropa ölkəsi Ankaranın namizədlikdən çıxarılmasına və onunla üzvlük danışıqlarının dayandırılmasına çağırıb.

«Financial Times» yazır ki, diplomatlardan biri cənab Consonun bu məsələyə müdaxiləsini «inanılmaz» adlandılrıb.

Məqalədə deyilir ki, məhz xarici işlər naziri Conson Britaniyanın Avropa İttifaqından ayrılması üçün kampaniyanın başında dayanırdı.

Brexitin təbliğatı ilə məşğul olan nazir britaniyalıları məhz Türkiyənin Avropa İttifaqına üzv olacağı və Britaniyaya yüz minlərlə türk miqrantın axacağı ilə qorxudurdu...

Lakin xarici işlər naziri vəzifəsinə təyin edildikdən sonra Boris Conson iddia edib ki, o guya əksinə Türkiyəyə Aİ-yə daxil olmaq üçün dəstək verirmiş.

«Biz kollektiv maraqlarımız naminə Türkiyəni küncə sıxmamalı, ona aşırı reaksiya verməməliyik» - deyib Boris Conson «Reuters» agentliyinin bildirdiyinə görə.

Britaniya və Finlandiya da daxil bəzi Avropa ölkələri Türkiyənin İttifaqa üzvlük danışıqlarını dəstəkləyirlər.

Cənab Ərdoğan deyib ki, o Türkiyənin Avropa İttifaqına üzvlüyü məsələsinı ümumxalq referendumuna çıxara bilər.

Ankara Aİ-yə üzvlük üçün danışıqları 1999-cu ildən aparır.