Siyasət, yoxsa gigiyena?
Məhəbbətdə nə daha vacibdir?
MÖVZU İLƏ ƏLAQƏLİ
-
London sanksiyalar hazırlayır
Britaniya tanker insidentini cavabsız qoymayacaq
-
II Elizabet BREXİT-i təsdiqlədi
Britaniya kraliçası ölkəsinin Aİ-dən çıxmasına razılıq verdi
-
«Onu rentgen aparatından keçirməliydilər?»
Millətlərin də insanlar kimi axmaqlığı olur
-
Avropa Birliyi mükəmməl deyil, amma...
Millətçilik paradı başlasa, yeganə meyar güc olacaq, sonra isə faciələr
-
Britaniya ilə Aİ Brexit danışıqlarına başlayıb
Polşada isə məhkəmə islahatına etirazlar var
-
«Brexit» sonrası məğlubiyyətə yaxın qələbə
«Mühafizəkarlar məğlubiyyətdə Tereza Meyi günahlandırır»
-
Avropa avrozonanın dağılmasına hazırlaşır?
Ekspertlər qitədə iqtisadi, siyasi, və hərbi nizamın pozulacağından narahatdırlar
-
«Taktiki gediş edilməlidir»
Toni Bleyer siyasətə qayıda biləcəyinə işarə edir
-
Britaniyada siyasi böhran
Baş nazir yeni seçkilər istəyir
-
ABŞ-ın liderliyi bitir?
Qərb dünyasının başı üzərinə qeyri-müəyyənlik yaranıb
-
«Brexit yayıla bilər»
Ərdoğan Nazarbayev və Putinlə səhnəarxası danışıqları haqda
-
«Brexit»in gözlənilməzləri
Proqnozların əksinə olaraq Britaniyada inflyasiya azalıb
-
Avropa aşiqlərinin ümid işığı
Bir qadın Britaniyanın Avropa İttifaqından çıxmasını necə əngəlləyir?
-
...Funt bahalaşıb
Məhkəmənin Brexit qərarı ardınca...
-
«The İndependent» yazır ki, əvvəllər evlilik və ya sadəcə tanışlıq üçün yaradılmış büro və saytlarda adamların tələbləri - geyim və yemək tərzinə, ağızdan gələn iyə və sair bu kimi cəhətlərə aid olardı.
Adamlar müəyyən tələbləri qoymaqla özlərinə uyğun namizədləri seçər, tələblərinə uyğun gəlməyənləri isə rədd edərdilər.
Məqalədə deyilir ki, bu tələblərin arasında siyasi baxışlar barədə tələbə rast gəlinmirdi.
Lakin müasir dünyamızda evlənmə məqsədli tələblər arasında siyasi çalarlar da artmağa başlayıb.
Ələlxüsus da Brexitdən sonra bir sıra namizədlər tərcümeyi-hallarında Avropadan çıxmaq və ya qalmaq tərəfdarı olduqlarını göstərirlər.
«The İndependent» yazır ki, 2 min insanın tanışlıq tələblərininin araşdırılması ortaya çox maraqlı tapıntılar qoyub.
Sapio firmasının apardığı rəy sorğusundan görünür ki, adamlar namizədin irqçilik, seksual ayrıseçkilik və ya seksizm və dözümsüzlük kimi cəhətlərini qeyri-məqbul faktor hesab edirlər.
Məsələn, məlum olub ki, 40 yaşında və daha gənc qadınlar arasında əsas tələblər namizədin irqçi, dözümsüz və ya qadın cinsinə xor baxan olmaması olub.
41 yaşında və daha yaşlı qadınların tələblərində seksizm artıq ikinci plana keçir, birinci plana isə namizədin iqrçi və pinti olmaması çıxır.
Rəy sorğusu göstərib ki, həyat yoldaşı axtaran kişilərin də yaşı artdıqca əsas tələb kimi gigiyenik təmizkarlıq irəli çıxır.
Məsələn 30 və daha çox yaşı olan kişilərin əsas tələbi namizədin təmizkar olmasıdır. Halbuki 18-29 yaş qrupunda gigiyena ikinci dərəcəli tələbdir.
Araşdırma göstərir ki, məhz bu cəhət, kişilər və qadınlar arasındakı əsas fərqlərdən biridir.
Maraqlıdır ki, dini və irqi fərqlər heç bir yaş qrupunda əsas tələblər deyil.
«The İndependent» yazır ki, bu mürəkkəb zəmanədə ən azı buna sevinmək lazımdır.