
“Rusiyadan neft almayın”
Trampdan Avropaya çağırış
Trampdan Avropaya çağırış
FBI şübhəli şəxsin videolarını yayımladı, barmaq izi və başqa dəlillər var
ABŞ-lı milyarder Mask Tramp tərəfdarı aktivist Kirkin ölümü ilə bağlı Demokratları hədəfə aldı
Belarusda 52 məhkum əfv edildi
Məhkum ittihamları rədd etdi
Kirkin qatilinin yüksək keyfiyyətli görüntüsü əldə edilib
Yutada öldürülən konservativ aktivist Çarli Kirk haqqında bilinməyənlər
Tramp aktivistin qətlini ABŞ-da qara gün kimi adlandırıb
Dostu Çarli Kirkin qətlə yetirilməsindən əsəbiləşən Tramp intiqam vəd etdi
Qatı Tramp tərəfdarı Çarli Kirk silahlı hücuma məruz qaldı
Polşada Rusiya PUA böhranına Trampdan reaksiya
ABŞ-da əksəriyyət Trampın iqtisadi idarəçiliyindən narazıdır
Yazar: “Ona “dəli” demək istəmirəm, çünki onun həqiqətən dəli olduğunu düşünmürəm”
ABŞ Maliyyə Naziri Skott Bessent tarifələrin ləğvi ilə bağlı xəbərdarlıq edib
İngiltərəni və ABŞ-ı qarışdıran “Epşteynin doğum günü dəftəri”
Trampın Epşteynə yazdığı iddia edilən məktub açıqlandı
«The Guardian» yazır ki, məşhur Mixail Blumberq (Michael Bloomberg) elə bu qəzetdə dərc olunmuş məqaləsində Brexiti, Trampın prezident seçilməsindən sonra hər hansı millətin ikinci ən axmaq hərəkəti adlandırmışdı.
İndi isə jurnalist Qeyvin Hayns (Gavin Haynes), cənab Blumberqə yarızarafat-yarıciddi tarixi bir cavab məqaləsi yazıb. O qeyd edir ki, Blumberq İngiltərəni pis tanımamalıdır, çünki onun keçmiş arvadı ingilisdir və qızları da Britaniya pasportu daşıyırlar.
Amma jurnalist razılaşmır ki, Brexit hər hansı millətin yol verdiyi ən axmaq səhvdir.
Məqalədə deyilir ki, əlbəttə, Blumberq adamların sənaye milyarderləri üçün mükəmməl işləyən bir sistemin əleyhinə niyə səs verdiklərini anlamaya bilər. Bu öz yerində.
Amma tarixdə bundan da axmaq hərəkətlərə yol verilib, yazır Hayns.
Troya atı
Doğrudan da yunanlar 10 illik mühasirəyə sinə gərdikdən sonra niyə bu taxta atı şəhərə buraxmalıydılar?
Bəs nə etməliydilər? Onu rentgen aparatından keçirməliydilər? - deyə sual edir jurnalist.
Kral Vortiqernin muzdluları
Britlərin 5-ci əsrdə padşahı olmuş kral Vortiqern böyük bir problemlə üzləşmişdi.
Yadelli pikt işğalçıları ölkəyə tez-tez hücum edirdilər. Buna görə də kral onları qovmaq üçün asan bir yol tapmalıydı və tapdı. O sakson muzdlularını dəvət etdi.
Çox sayda saksonu. Amma sən demə ucuz xarici əməkçilərin də öz problemi var imiş.
İngiltərənin şöhrətini görən saksonlar öz dostlarını bu ölkəyə qonaq çağırdılar. Beləcə Vortiqernin ölkəsi işğal olundu.
Birmanın doqquzları
«Birmanın stalinçi prezidenti Ne Vinin sevimli rəqəmi vardı. Bizim hamımızın sevimli rəqəmi ola bilər, deyilmi?» - yazır Hayns.
O, 1987-ci ildə qərara gəldi ki, dəyəri bu rəqəmə bölunməyən bütün əskinasları ləğv etsin.
Beləliklə, dövriyyədə yalnız 45-lik və 90-lıq kyat pulları qaldı. Bəli, onun sevimli rəqəmi 9 idi.
Nəticədə insanların ömür boyu yığdığı əmanətlər batdı. Milli xaos başlandı. Bununla da Aun San Su Kinin milli müqavimət hərəkatı başlandı.
Konfederasiyanın pambığı
Amerika vətəndaş müharibəsinin başlanğıcında cənubun qalib gələcəyi gözlənilirdi. Çünki bu torpaqlar elə indi olduğu kimi o vaxt da aqrar sənayenin əsasını təşkil edirdi.
Cənubluların mübarizəsinin əsas məqsədi qulları və quldarlığı saxlamaq idi.
Amma onlar Avropa ölkələri tərəfindən diplomatik tanınmanın xətrinə özlərinin bir nömrəli məhsulu olan pambığın ixracına qadağan qoydular.
Beləcə konfederatların iqtisadiyyatı suya düşmüş pambıq kimi zay oldu.
Majino xətti
Jurnalist yazır ki, fransızlar İkinci Dünya Müharibəsinin başlanğıcında ölkəni Hitlerin tanklarından qorumaq üçün büdcənin yarısını bütün Almaniya sərhədi boyunca müdafiə hasarına xərcləmişdilər.
Amma heç düşünməmişdilər ki, almanlar Belçikadan keçib gələcəklər.