vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 7 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
AVROPA  
15:28 | 21 noyabr 2016 | Bazar ertəsi Məqaləyə 1928 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Saakaşvili Poroşenkonu şantaj edir»

«Bu Ukrayna xalqına təhqir idi»

MÖVZU İLƏ ƏLAQƏLİ

Mixail Saakaşvili Ukraynada siyasi hakimiyyət uğrunda mübarizə aparacaq yeni siyasi partiyanın – Yeni Qüvvələr Hərəkatının yaradıldığını elan edib. Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, ekspertlər yeni hərəkatın Radaya düşmək şanslarının yüksək olduğunu deyib.

«Saakaşvilinin reytinqinin 2 dəfə azalmasına baxmayaraq, partiyasının parlamentə daxil olması ehtimalı yüksəkdir. Əslində bu prezident Petro Poroşenkoya qarşı açıq çıxışdır» - deyə politoloq Ruslan Bortnik deyib.

Ekspertin fikrincə, Saakaşvili siyasi mübarizəyə qoşularaq Poroşenkoya qarşı çıxıb. «İndi Saakaşvili Poroşenkonu şantaj edir».

Xatırladaq ki, Mixail Saakaşvili noyabrın 7-də Odessa vilayətinin qubernatoru postundan istefa verib. O, prezident Pyotr Poroşenkonu kriminal klanlara himayədarlıqda ittiham etmişdi və yeni siyasi hərəkat yaradacağını elan etmişdi.

***

Bu arada Rusiya prezidenti Putin Saakaşvili haqqında aşağılayıcı açıqlama verib.

«Mixail Saakaşvilinin qubernatorluğu Odessa sakinlərinə və bütün Ukrayna xalqına təhqir idi». Virtualaz.org RİA Novosti-yə istinadən bildirir ki, Rusiya prezidenti Vladimir Putin bunu «Ukrayna odda» filmi üçün rejissor Oliver Stouna müsahibəsində Saakaşvilinin təyinatını şərh edərkən deyib.

«Bu sadəcə Odessa sakinlərinə və bütün Ukrayna xalqına təhqir və tüpürmək idi. Ona hətta ABŞ-a getmək üçün işçi viza da vermədilər. Universitetlər, hansılara ki, o işə düzəltməyə çalışırdı, onu daimi işə götürmək istəmədilər. Belə çıxdı ki, o, Odessa qubernatorunun vəzifələrini icra etməyi bacarar? Məgər peşəkar və bacarıqlı ukraynalılar arasında bu işi yerinə yetirə biləcək şəxslər yoxdur?» – deyə Rusiya prezidenti vurğulayıb.

Qeyd edək ki, Oliver Stounun «Ukrayna odda» filminin premyerası bu gün Moskva vaxtı ilə saat 17:00-da REN TV-də olacaq.