vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
REGİON  
15:39 | 27 iyun 2018 | Çərşənbə Məqaləyə 2196 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Saakaşvili toya hazırlaşır

Eks-prezident oğlu Eduardı evləndirir

Namidə BİNGÖL

MÖVZU İLƏ ƏLAQƏLİ

“Mixail Saakaşvili toy ərəfəsindədir. İyulun 1-də oğlu Eduardın Amerikada toyu olmalıdır. Əgər Saakaşvili sənədlərini düzəldə bilsə, övladının şad gününə qatıla biləcək”.

Bunu Modern.az-a açıqlamasında Gürcüstan parlamentində təmsil olunan azərbaycanlı deputat, sabiq prezident Mixail Saakaşvilinin lideri olduğu Vahid Milli Hərəkat Partiyasının üzvü Azər Süleymanov deyib.

Deputat bildirib ki, Saakaşvili oğlunun evlilik məsələsinə müdaxilə etməyib.

“Gələcək həyat yoldaşını Eduard özü seçib. Bir yerdə təhsil alıblar. Birinci kursdan bir-birlərini seviblər. Ümumiyyətlə, Saakaşvilinin oğlu çox ağıllı gəncdir”.

Azər Süleymanov Saakaşvilinin gələcək planlarından da söz açıb.

“Bir neçə gün bundan qabaq Saakaşvilinin həyat yoldaşı Sandra xanımla görüşdük. Mixail Saakaşvilinin özü hazırda Hollandiyadadır. Onu da deyim ki, Saakaşvilinin ürəyi Gürcüstanla döyünür. Hər birimizlə ünsiyyətdədir. Tez-tez sosial şəbəkə üzərindən bəyanatlar verir. Güman ki, yaxın vaxtlarda Gürcüstana gələcək. Çünki Gürcüstana qayıtmaq məsələsində onun fikirləri dəyişilməzdir”.

Qeyd edək ki, Gürcüstanın keçmiş prezidenti və Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili hazırda Hollandiyada məskunlaşıb.