 
                                Gürcü dövlətinin “Məmmədov” dərdi...
İrqçilik kökünə işləyən Kobaxidzenin islamafobiyadan da əziyyət çəkirmiş
 20:33 | 21 fevral 2022 | Bazar ertəsi
                Məqaləyə 949 dəfə baxılıb
                
                Şriftin ölçüsü
            					
            	
                20:33 | 21 fevral 2022 | Bazar ertəsi
                Məqaləyə 949 dəfə baxılıb
                
                Şriftin ölçüsü
                 
                 
                	
                
                 
                                İrqçilik kökünə işləyən Kobaxidzenin islamafobiyadan da əziyyət çəkirmiş
 
                                Rusiya PUA hücumu ilə Polşa ilə Ukrayna arasında gərginlikdə saxlamaq istəyir
 
                                Parisin “canavar” bənzətməsinə Kremldən ağır cavab
 
                                Böyük Britaniyadan Rusiyaya sərt reaksiya
 
                                Fransadan Rusiyaya qınama
 
                                Gənclərin neft obyektindəki yanğın fonunda çəkilişi Rusiya hökumətini əsəbləşdirib
 
                                Rusiyanın hava strategiyasında ucuz terror doktrinası
 
                                Gürcüstan hökuməti Ağ Evə məktub yollayıb
 
                                Son 5 ildə iki ölkə arasında ticarət dövriyyəsi 50 faiz artıb
 
                                ... Yaxud von der Leyen nə Musa peyğəmbərdir, nə də sehrli əsası var
 
                                Terror baş tutsaydı, Azərbaycan-İsrail və Azərbaycan-Gürcüstan münasibətlərinə zərbə dəyəcəkdi
 
                                ABŞ ortağın qovulub yerinə sanksiyaya məruz qalan Çin şirkətinin gətirilməsi son damla oldu
 
                                Görəsən, ağbirçək Zurabişvili nə işlə məşğuldur?
 
                                Ukrayna xalqı ayaqda qalmağı, Kremldən asılı olmamağı haqq edir
 
                                Çoxqütblü dünya bərqərar olarsa, Cənubi Qafqazda mühüm və təsirli qüvvəyə çevrilər
 
                                Tramp dövründə ABŞ regiondan nə istəyə və nəyə ehtiyac duya bilər?
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili fevralın 21-də Tbilisidə keçirilən məhkəmə dinləməsində hüquqlarının pozulmasına etiraz və “öz azadlığı uğrunda mübarizə aparan” Ukrayna ilə həmrəylik bildirərək yenidən aclığa başladığını elan edib.
Saakaşvilini hazırda 5 ittiham üzrə 11 il müddətinə azadlıqdan məhrum edə bilərlər.
O rəsmən Ukrayna vətəndaşıdır.
Saakaşvili artıq bir neçə aydır ki, onun yanına müalicə həkiminin, habelə ABŞ və Avropadan onun müalicəsində iştirak etmək istəyən nevroloq və nevropatoloqların buraxılmadıqlarını deyib:
“Mən bu gündən müddətsiz aclıq elan edirəm. Bu, rejimin xalqla və mənimlə rəftarına reaksiyamdır. Mənim tələbim – Xalq müdafiəçisi və Empatiya mərkəzinin yaratdığı konsiliumun tələb etdiyi kimi mənə adekvat tibbi yardımın göstərilməsidir”.
Saakaşvili iddia edib ki, milyarder Bidzina İvanişvilinin hakim Gürcü Arzusu partiyasının məqsədi onun əlilə çevirmək və hətta “Putin naminə” öldürməkdir.
Gürcüstanın keçmiş prezidenti Ukrayna ətrafında baş verən hadisələrdən də danışıb.
Onun sözlərinə görə hazırda orada baş verənlər onun 2008-ci ildə, Cənubi Osetiyada müharibə getdiyi vaxtda dediklərini bir daha təsdiqləyir.
Saakaşvili demişdi ki, “Gürcüstan Rusiyanın və rusiyayönlü separatçıların təxribatlarına cavab verməklə yalnız müdafiə olunur”.
O Ukrayna xalqına Ukrayna dilində müraciət edib və təəssüfünü bildirib ki, “əldə silah onlarla birlikdə cəbhə xəttində” dayana bilmir: “Mənim sakitcə sönməyimi görməyəcəksiniz. Siz başını dik tutan prezidentlərin necə məğrurcasına öldüyünü görəcəksiniz”.
Saakaşvili bundan əvvəl, ötən ilin oktyabrında müddətsiz aclıq elan etmiş və aclığı noyabr ayında dayandırmışdı.
Həmin vaxt hakimiyyət Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı ilə onu həbsxanadan Qori şəhərinin hərbi hospitalına köçürmək məcburiyyəti qarşısında qalmışdı.