vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
REGİON  
13:03 | 30 aprel 2019 | Çərşənbə axşamı Məqaləyə 2558 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Onu qanunsuz yerə ölkədən çıxarıblar...”

Putin Saakaşvilini müdafiə etdi

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya prezidenti Vladimir Putin Ukraynadakı prezident seçkilərinin qalibi Vladimir Zelenskiyə ölkəsində insan haqlarının təmin olunmasına, məsələn, Mixail Saakaşvilidən başlamağı təklif edib. Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Putin jurnalistlərlə söhbətində belə deyib: “Azadlıqlara gəldikdə bu mənada hətta Rusiyadan, rusiyalılardan başlamaq yox, tutaq ki, gürcülərdən və ya keçmiş gürcülərdən başlamaq daha yaxşı olardı. Məsələn, keçmişdə gürcü olan, indi özünü ukraynalı hesab edən adama Ukrayna pasportunu qaytarmaq ədalətli olacaq. Mən Saakaşvili Mixail Nikolayeviçi nəzərdə tuturam”.

Putin xatırladıb ki, Saakaşvili “Ukrayna vətəndaşlığından qanunsuz məhrum edilib, ölkədən qanunsuz sürgün olunub və onu geri qaytarmaq, pozulmuş hüquqlarını bərpa etmək lazımdır. “Ukraynanın ölkəni tərk etməyə məcbur olmuş və bugünkü rejimin təqiblərindən yad ölkələrə sığınan bir çox digər vətəndaşlar kimi”, - Putin deyib.

Rusiya prezidentinin Saakaşvilinin pozulmuş hüquqları haqda danışması və onu müdafiə etməsi istehza, yoxsa ciddi söhbət olduğu aydın deyil. Çünki bir vaxtlar Putin Saakaşvilini “müəyyən yerindən asmaqla” hədələyirdi və onların necə qatı düşmən olduqları məlumdur.

Hər halda Saakaşvili Putinin onun barəsində dediklərinə cavab verib.

“Bu həmin Putindir ki, 2017-ci ilin dekabrında mətbuat konfransında Poroşenkodan məni Ukraynadan deportasiya etməyi yüksəkdən tələb etmişdi (Poroşenko da bir ay sonra bunu etdi). Dəqiq bilirəm ki, məhz Siz Poroşenkodan 2014-cü ildə məni inaqurasiya mərasiminə dəvət etməməyi tələb etmişdiniz”-o özünün Facebook səhifəsində yazıb.