vaxtlı-vaxtında oxuyun! Şənbə, 18 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
GÜNEY  
15:49 | 29 noyabr 2016 | Çərşənbə axşamı Məqaləyə 1061 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Mollalar şamdan da qorxur

İran polisi Zəncan, Urmiya və Ərdəbildə faciə qurbanlarını anım mərasiminə mane olub

MÖVZU İLƏ ƏLAQƏLİ

Güney Azərbaycanın müxtəlif şəhərlərində əhali Təbriz-Məşhəd qatarında baş verən hadisədə ölənlərin xatirəsini yad edir, onların ailəsinin kədərini paylaşır. Son məlumata görə, Urmiya əhalisi bazar günü yerli vaxtla saat 17:30 radələrində dəmir yolu qəzasında ölənlərin xatirəsinə mərasim keçirib.

İmam Xiyabanında Muxabirat Binası qarşısına toplaşan mədəni fəallar şam yandıraraq qəzada həlak olanların xatirəsini anıblar. Xəyyam xiyabanına gələn fəallar isə Azadi Kinoteatrı binasının qarşısında mərasim keçirməyə müvəffəq olmayıblar. Təhlükəsizlik qüvvələrinin təhdidi ilə üzləşən fəallar nəzərdə tutulan yerdə şam yandırarkən təhlükəsizlik qüvvələrinin hücumuna məruz qalıb. Məlumata görə, məmurlar yandırılan şamları dağıdıb və fəalların əlində olan hadisə qurbanlarının şəkillərini cırıblar. Bundan sonra əhali ərazini tərk edib.

GAMAC saytının yaydığı məlumata görə, Zəncan əhalisi də digər şəhərlər kimi, dəmir yolu qəzasında ölənlərin xatirəsinə şam yandırma mərasimi keçirmək istəyib. Öncədən yayılan bildirişə əsasən, polis noyabrın 28-i yerli vaxtla saat 18 radələrində Hacı Bulvari məhəlləsində keçirilməli olan mərasimə mane olub. Polis qüvvələri mədəni fəalları ərazidən uzaqlaşdıraraq öncədən təyin edilmiş dinc mərasimin keçirilməsinə qadağa qoyub. 

Oxşar hadisə noyabrın 27-də Urmiyanın Xəyyam xiyabanında baş verib. Mərasim iştirakçılarına hücum çəkən polis qüvvələri yandırılan şamları dağıdıb və fəalların əlində olan hadisə qurbanlarının şəkillərini cıraraq ayaqlar altına atıblar.

Ərdəbilin ETTELAAT Şöbəsi isə şam yandırma mərasiminin qarşısını almaq üçün bu şəhərin milli-mədəni fəallarını təhdid edərək, qurumun yerli şöbəsinə çağırıblar.

Qeyd edək ki, noyabrın 25-i yerli vaxtla saat 7:45 dəqiqədə Təbriz-Məşhəd qatarı İranın Siman vilayətində ağır qəza keçirib. Qəza nəticəsində 49 soydaşımız həlak olub, 100-dən çox yaralı var. İran dövlət dəmir yolları idarəsinin diqqətsizliyi nəticəsində baş verən faciədə qurbanların sayının həddindən artıq olmasına əsas səbəb kimi, təcili yardım qruplarının olay yerinə gec çatması göstərilir.