Neft qiymətinin Azərbaycan varıantı
110 dollar heç üfüqdə də görünmür
Qubad İBADOĞLU
MÖVZU İLƏ ƏLAQƏLİ
-
312 trilyon dollar borc
Qlobal borclar ilin birinci yarısında 2,1 trilyon dollar artıb
-
Qızılın qiyməti rekord qırıb
Sonra yenə ucuzlaşıb
-
... Ərzaq ucuzlaşacaq
Dünya bazarında enerji qiymətlərindəki ucuzlaşmanın müxtəlif təsirləri ilə ...
-
3 ilin ən aşağı qiyməti
Qiymətlərin enməsinə ABŞ və Çin başçılıq edir
-
“Qlobal ticarət yoxsulluğa kömək etmir”
DTT-nin hesabatı: “10 faiz zənginin gəliri, 50 faiz kasıbdan qazancından 79 dəfə çoxdur”
-
Çin – qiymətlərə ən çox təsir edən faktor
Tələbin azalması səbəbindən neft qısa müddətdə 80 dolların altında qalacaq
-
Növbəti 5 ildə necə olacaq?
Neft gəlirlərimiz haqda düşüncələr ...
-
Neft erası başa çatırmı?
2024 yeni dövrün başlanğıcı ola bilər
-
Qərbin lüks mallarının bazarları daralır
Daha çevik və əsaslandırılmış iddialı planlar önə çıxır
-
15 ildə ən böyük artım
FED faiz dərəcəsini qaldırdı
-
“Brent” 7 dollar ucuzlaşıb
60 maksimum qiymət bazara mənfi təsir edir
-
Ağ Ev narahatdır
OPEC qiymətləri qaldırır
-
“Üzərində işləyirik”
Rusiya neft ticarətində maksimum qiymətdən istifadəni qadağan etməyə hazırlaşır
-
OPEC anlaşmanı pozmadı
Ötən ilin oktyabrında qəbul edilən qərar qüvvədə qaldı
-
Tavana dirənən Rusiya nefti
OPEC-in 2023-cü il kvotaları gələn həftə qiymətlərə təsir edən ikinci amil olacaq
-
“Hazırda təhlillər aparırıq”
Kremldən neft qiyməti qərarına etiraz
Neftin qiyməti hansı səviyyədə olmalıdır ki, Azərbaycan iqtisadiyyatında sabitlik bərpa olunsun? Hesablamalar göstərir ki, indiki şərtlərlə bunun üçün 1 barel Azərbaycan nefti ən azı 110 dollara satılmalıdır. Belə qiymət isə heç üfüqdə də görünmür.
Sizə təqdim olunan yazıda son zamanlar ən çox rastlaşdığım bu suala verməyə çalışacağam. Baxmayaraq ki, nəinki iqtisadi təhlillər, hətta sadə müşahidələr göstərir ki, kənardan çox cəlbedici görünən bu sual artıq mənasını itirməkdədir. Çünki, neft gəlirləri hesabına korrupsiyalaşmış büdcəni doldurmaq, şişirdilmiş layihələrə sərmayələr yatırmaq yalnız arzu olaraq yada düşə bilər.
Azərbaycanda neft hasilatının piki 2010-cu ildə, neftdən əldə edilən gəlirlərin ən yüksək səviyyəsi isə 2011-ci ildə qeydə alınıb, yalnız o ildə Azərbaycan Respublikası Dövlət Neft Fonduna (ARDNF) 19,8 milyard dollar daxil olub. Müqayisə üçün onu qeyd edək ki, ARDNF ötən il neft hasil edilmiş mənfəət neftinin və qazın satışından 7,2 milyon ABŞ dolları vəsait əldə edib. Həmin il ixrac edilmiş mənfəət neftinin ortaçəkili satış qiyməti 54,31 ABŞ dolları, xalis mədaxil qiyməti isə 48,06 ABŞ dolları olub. Keçən il gündəlik hasilat 634 min barel təşkil edib, bu il isə orta günlük hasilat ondan bir qədər az - 630 min barel gözlənilir. Bu il ilin yanvar-sentyabr ayları ərzində ARDNF-nin büdcə gəlirləri 6,6 milyon manat və ya kommersiya banklarının dekabrın 1-ə olan kursu ilə 3,7 milyard dollar olub ki, beləliklə də bu hesabla ilin sonuna neft gəlirləri 2011-ci ildəki səviyyədən 4 dəfə az - 5 milyard dollar göstərilir. Ola bilər ki, pisləşən iqtisadi və sosial durumda azalan neft gəlirləri və artan ehtiyaclar yenidən neftin sabitləşdirici rolunun hansı qiymət səviyyəsində olması ilə bağlı müzakirələri aktuallaşdırır.
Bu məsələyə münasibət bildirməzdən əvvəl onu da qeyd edək ki, 2001-2015-ci illər ərzində ARDNF-nin daxilolmaları 124,9 milyard ABŞ dolları səviyyəsində olmuş, bu vəsaitin 33,57 milyard ABŞ dolları və ya 26,9 faizi yığıma yönəldilmiş, 91, 33 milyard dolları və ya 73,1 faizi isə xərclənmişdir. Transferlərin start götürdüyü 2003-cü ildən bu ilin oktyabr ayının 1-dək Dövlət Neft Fondundan 67 milyard 162 milyon manat vəsait dövlət büdcəsi vasitəsilə əsasən qeyri-məhsuldar və əlavə dəyər yaratmayan qeyri-kommersiya layihələrinə yönəldilmişdir. Beləliklə də, neft dollarları hesabına tikilmiş sosial, idman, mədəniyyət, nəqliyyat və sair sahələrdə infrastruktur obyektlərinin saxlanılması və istismarı üçün dövlət büdcəsinə əlavə və ciddi xərc öhdəlikləri yaratmışdır. Odur ki, iqtisadiyyatda sabitliyin bərpası üçün hazırda neftin qiyməti hansı səviyyədə olmalıdır sualına cavab axtararkən infrastruktura xidmətlə əlaqədar olaraq ildən-ilə artan xərc amilini də nəzərə almaq lazımdır. Bu isə o deməkdir ki, digər şərtlər dəyişməz qaldığı halda, Azərbaycan iqtisadiyyatını 2013-cü il səviyyəsinə qaytarmaq (həmin il neft gəlirləri 13,6 milyard dollar olub) üçün dünya bazarında 1 barel neftin qiyməti ən azı 110 dollar olmalıdır. Belə qiymət isə heç üfüqdə də görünmür. Odur ki, neft unudub, digər sahələrdə mövcud və perspektiv imkanları və resursları səfərbər etmək üçün hərtərəfli islahatlara başlamaq lazımdır. Çünki, neftin qiymənin indiki səviyyəsi islahat xarakterli dəyişikliklər üçün ən optimal qiymətdir. Bizə yalnız bu fürsətdən bəhrələnmək qalır. Belə şans isə həmişə olmur, onu dəyərləndirməsək yaxın 2 ildə sabitlikdən danışa bilməyəcəyik.