vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
XADİM  
12:43 | 2 dekabr 2016 | Cümə Məqaləyə 2420 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Vitse-spikerdən xəbərdarlıq

«Öz həyatımızı bu büdcə əsasında qurmalıyıq»

Ağa AKİFOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

«Azərbaycan hökuməti reallıqları nəzərə alaraq 2017-ci ilin büdcə layihəsini Milli Məclisə təqdim edib. Eyni zamanda müvafiq qurumlar da mövcud vəziyyəti, valyutaların məzənnəsini nəzərə almağı bacarıblar. Biz mövcud reallıqları nəzərə almaqla öz həyatımızı bu büdcə əsasında qurmalıyıq».

Modern.az-ın xəbərinə görə, bunu 2017-ci il üzrə dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı Milli Məclis sədrinin müavini Bahar Muradova deyib.

Bahar Muradova qeyd edib ki, gələn ilin dövlət büdcəsi gərgin qlobal və ölkədaxili şərait nəzərə alınaraq hazırlanıb.

«Əsas məqsədimiz makroiqtisadi sabitliyi qorumaq, iqtisadi inkişafı təmin etmək, ölkənin müdafiə qabiliyyətini gücləndirmək və əhalinin sosial rifah halının daha da yaxşılaşdırılmasıdır. Gələn ilin büdcəsində bu məqamlar nəzərə alınıb».