Muradpur soyuq, təkadamlıq məhbəsdə saxlanılır
Güneyli fəal aclıq aksiyasının 40-cı günündə
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Türkdilli dərgi bağlanıldı
Latın qrafikasından istifadə etdiyinə görə
-
«Muradpur gəncliyinin dirəniş simvoludur»
Babək Çələbiyanlı: «Döyməklə, zindana salmaqla bizləri susdura bilməyəcəklər»
-
Murtaza Muradpur azadlıqda
65 günlük etiraz qələbə ilə yekunıaşdı
-
Urmiyalı millət vəkili Muradpura azadlıq tələb edir
Nadir Qazipur İran Məhkəmə Sisteminin rəisinə müraciət edib
-
Güneyə Quzey dəstəyi
Köşə yazarı, Murtuza Muradpurun aclıq aksiyası ilə bağlı İran səfiriliyinə etiraz məktubu ünvanlayıb
-
Fars-molla rejimi ilə mübarizə aparan ailə
Muradpurlar Təbriz Məhkəməsi önündə piket keçirib
-
Muradpura dəstək aksiyaları keçirilir
Təbriz Məhkəməsi önündə piket keçirən türk fəallar həbs edilib
-
Aclığı ilə güneyə azadlıq gətirəcək qəhrəman
Murtaza Muradpur aclıq aksiyasının 54-cü günündə huşunu itirib
-
Fars dilində danışan millət vəkilinə etiraz
Türk öyrəncilər Məsud Pezeşkiyanın çıxış etdiyi iclası tərk ediblər
-
Muradpur və Rəzəvi Təbriz zindanına qaytarılıb
Fars-molla rejimi köçürmə xərcini fəalların ailəsinə ödətdirib
-
45 gündür aclıq aksiyası keçirən fəalın vəziyyəti kirtikdir
Urmiya Universitetində «Murtaza Muradpur azad olunmalıdır» şüarı səsləndirilib
-
Ruhaniyə 12 min 400 nəfərin məktubla müraciəti
«Aclıq aksiyası keçirən məhbusların tələblərinə baxılsın»
-
Etirazçılar sürgün edilib
Aclıq aksiyası keçirən Rəsul Rəzəvi və Murtaza Muradpur Kərəcin Rəcayişəhr zindanına aparılıb
-
Təbriz zindanında işgəncələr
Azərbaycanlı fəallar Hüseyn Əliməhəmmədi və Murtaza Muradpur həbsxana işçiləri tərəfindən döyülüb
-
Daha bir fəal aclığa başladı
Murtaza Muradpur Təbriz zindanında etiraz aksiyası keçirir
-
Kərəcin Rəcayişəhr zindanında aclıq edən azərbaycanlı milli-mədəni fəal Murtaza Muradpurun aclıq aksiyası 40-cı günə daxil olub.
Fəal dekabrın 1-də ailəsi ilə telefon əlaqəsi saxlayaraq soyuq təkadamlıq məhbəsdə saxlandığını deyib. «Hər şeydən çox adyalın (pətu) olmaması və soyuqdan əziyyət çəkirəm. Həkim bu barədə xüsusi təkid etsə də, bu günə kimi mənə adyal verilməyib. Məsullar siyasi məhbusla davranma tərzini riayət etmir. Bilmirəm səbəbi nədir, amma saxlandığım otağın hətta balaca gözlük yerini də arxadan tutublar. İçməli suya bir başa əlim çatmır, lakin nadir halda isti su verirlər. həbsxana məsulları şəkər və duz verməkdən də imtina edir» - deyə siyasi məhbus qardaşı ilə danışıqda bildirib.
Murtazanın qardaşı fəalın halsız vəziyyətdə olduğunu bildirərək onun qan təzyiqinin hər gün iki dəfə həkim tərəfindən kontrol edildiyini deyib.
Azərbaycanlı fəal qanuni tələbi təmin olunana qədər aclıq aksiyasını davam etdirəcəyinə təkid edib.
M.Muradpurun anası xanım Məsumə Əmani isə oğlunun dosyesi və son vəziyyəti ilə bağlı dekabrın 1-də Təbriz prokuroru və Şərqi Azərbaycan Apelyasiya Məhkəməsinin 4-cü Şöbəsinə məktub təqdim edərək onun Kərəcin Rəcayişəhr zindanından Təbrizə köçürülməsini istəyib. Məlumata görə, prokuror siyasi məhbusun anasının irəli sürdüyü tələbi rədd edərək bildirib ki, Murtaza Təbrizə qaytarılsa da, aclıq aksiyasını davam etdirəcəyi təqdirdə yenidən gəldiyi yerə intiqal ediləcək.
Xatırladaq ki, M.Muradpur cəzasının yüngülləşdirilməsi ilə bağlı islam cəza qanununun 134-cü maddəsinin icra edilməməsi və azadlığa buraxılmamasına etiraz olaraq oktyabrın 25-də aclıq aksiyasına başladığını elan edib. O, noyabrın 4-də azərbaycanlı fəal Rəsul Rəzəvi ilə birlikdə Təbrizin mərkəzi zindanından Kərəcin Rəcayişəhr həbsxanasına sürgün edildikdən sonra yeni həbsxanada aclıq aksiyasını davam etdirib.