vaxtlı-vaxtında oxuyun! Bazar, 5 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
GÜNEY  
11:29 | 2 noyabr 2016 | Çərşənbə Məqaləyə 1286 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Təbriz zindanında işgəncələr

Azərbaycanlı fəallar Hüseyn Əliməhəmmədi və Murtaza Muradpur həbsxana işçiləri tərəfindən döyülüb

MÖVZU İLƏ ƏLAQƏLİ

Təbriz zindanının 12-ci korpusunda saxlanılan azərbaycanlı fəallar Hüseyn Əliməhəmmədi və Murtaza Muradpur bir qrup məhbus və zindan məsullarından olan Sultani adlı birisi tərəfindən döyülüblər.

Belə ki, məhbuslardan üçü naməlum səbəbdən  H.Əliməhəmmədi ilə dalaşıb və onu döyüblər. Azərbaycanlı fəal zindan məsullarına müraciət edərək onunla savaşan məhbusların cəzalandırılmasını istəyib, bundan sonra korpusa gələn Soltani sözügedən məhbusları deyil, H.Əliməhhəmədini döyüb. M.Muradpur isə bu vəziyyətə etiraz etdiyinə görə korpusun rəisinin yanında və onun dəstəyi ilə Sultani tərəfindən döyülüb. M.Muradpur aclıq aksiyasında olduğu üçün aldığı zərbələr nəticəsində huşunu itirib.

Hər iki fəalın xüsusi korpusa köçürüldüyü bildirilir.

Sultani fəalları təhdid edərək bildirib ki, bu xəbər zindanın çölünə çıxarsa və ya ona qarşı şikayət edilərsə, onlar üçün daha pis olacaq. Təbriz zindanından əldə edilən məlumata görə, zindan məsulları səsgücləndirici ilə bütün məhbusları adı çəkilən fəallardan şikayət etməyə və şikayətlə bağlı imza toplamağa çağırıblar.