vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
ENERGETİKA  
15:58 | 14 dekabr 2016 | Çərşənbə Məqaləyə 739 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

ABŞ strateji ehtiyatlarını satacaq

Neftin yenidən ucuzlaşacağı xəbərləri gəlir...

F.MƏMMƏDOV

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ gələn ilin yanvarında özünün strateji neft ehtiyatlarının bir hissəsini satışa çıxaracaq. Virtualaz.org xəbər verir ki, bu barədə ABŞ-ın Energetika Nazirliyi bildirir. Nazirlik nə qədər neftin satışa çıxarılacağını dəqiqləşdirməyib. Lakin bu, OPEC ölkələrinin və kartelə daxil olmayan neft ölkələrinin hasilatı sutkada 1.8 milyon barrel azaltmaq barədə yanvar ayından qüvvəyə minəcək razılaşmasının effektini heçə endirə bilər.

Bu günlərdə ABŞ Konqresi ölkənin strateji neft ehtiyatlarının bir hissəsinin satışa çıxarılmasına icazə verən qətnamə qəbul edib. Bu qətnamə strateji ehtiyatlardan 375 milyon dollarlıq neftin satışına imkan verir. Əldə olunacaq vəsait ölkənin energetika infrastrukturunun yenilənməsinə yönəldiləcək.

ABŞ dünyada ən iri strateji neft ehtiyatına malik olan ölkədir. Bu ehtiyatlar 1975-ci ildə yaradılıb, son məlumata görə 695 milyon barrel neftdən ibarətdir. Analitiklərə görə ABŞ-ın strateji ehtiyatlarının bir hissəsini satışa çıxarması o demək olacaq ki, yanvar ayında OPEC ölkələri və digər neft hasilatçıları hasilatı azaltmağa başlayan kimi bazarda əlavə neft həcmi meydana çıxacaq. Bu isə qiymətin qaldırılmasına hesablanmış taktikaya zərbə vuracaq.

Digər tərəfdən ABŞ şirkətləri məhz yanvar ayından etibarən şist neft hasilatını artırmağa hazırlaşırlar. Bu haqda «Reuters» xəbər verir. ABŞ-da şist neft hasilatı son beş ay idi ki, azalırdı. Lakin gözlənilir ki, yanvar ayında ABŞ-da şist neft hasilatı sutkada 1.4 milyon barrel artaraq 4.54 milyon barrelə çatacaq. Başqa sözlə, OPEC ölkələri və kartelə daxil olmayan ölkələr hasilatı hansı həcmdə azaltmağı planlaşdırıbsa ABŞ-dan bazara təxminən o qədər əlavə neft çıxarılacaq.

Şist neft hasilatında artımın gözlənilməsi hazırda neftin qiymətlərində müşahidə edilən nisbi artımla bağlıdır. Neftin qiymətinin 50 dollardan yuxarı olması ABŞ şirkətləri üçün şist neft hasilatını sərfəli edir.

Hazırda dünya birjalarında neftin qiymətində son günlər müşahidə edilən artım yerini tədrici ucuzlaşmaya buraxıb. Son məlumatlara görə neft bu gün 1.3 faizdən çox ucuzlaşaraq bir barrel üçün 54.85 dollara satılır.