Bu pişik, qara pişik...
Qaranlıq otaq, Azərbaycan futbolu və yeyilən 8 xal...
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Azarkeşlərin isti qarşılanacaqlarına inanıram”
Britaniya səfiri Bakıda keçiriləcək Avropa Liqasının finalı haqda
-
“Bakıya uçuşlar ətraf mühitə zərər vuracaq”
İngiltərə KİV-i sayıqlamaları, Kloppun cahilliyi
-
İngilislərin səhvi
Final günü dünya bizi dinləyib və bizi eşidəcək
-
Əsas təhlükəsizlikdir
UEFA Bakının “qara qaşına-gözünə” vurulmayıb
-
Futbolumuzda ağır itki
«Qadın» yığmasının, «U-17» və «U-19» komandalarının baş məşqçisi dünyadan köçdü
-
Azərbaycanın 19 yaşlılardan ibarət yığma komandası Rusiyada keçirilən beynəlxalq turnirdə yenə də qrupda sonuncu yeri tutub. Yığmamız 3 oyunda cəmi 1 xal toplayıb. «U-19»un baş məşqçisi Təbriz Həsənov bildirib ki, əslində, Azərbaycan yığması qrupda 9 xal toplamalıymış. Yəni yığmamız hər 3 oyunda qalib gəlməliymiş. Babalı Təbriz Həsənovun boynuna, dediyinə görə, yığmamız hər 3 qarşılaşmada qələbəyə layiq olub. Amma layiq olduğuna nail ola bilməyib.
Təbriz Həsənov yığmamızın 9 xal əvəzinə 1 xal toplamasının baiskarını da göstərib. Deyib ki, ola bilsin, qarşımızdan qara pişik keçib. Həsənovun sözünü qəribçiliyə salmayaq. Bu qara pişik Azərbaycan futbolunun bəlasına çevrilib. Əslində, Azərbaycanda futbolun bu durumda olmasında qara pişikdən bəndəniz də şübhələnmişdi. Amma özüm də qara pişiyin zavalına tuş gəlməmək üçün onun adını çəkməkdən, onu ittiham etməkdən çəkinirdim. Bir halda ki, Təbriz müəllim, cəsarət, hətta deyərdim ki, qəhrəmanlıq nümayiş etdirərək, günahkarın - qara pişiyin adını çəkib, mütləqdir ki, biz də onu tək qoymamalıyıq.
Qara pişik zərərsizləşdirilməyənə qədər Azərbaycan futbolu zərərdən qurtulmayacaq. Təbriz Həsənovun dedikləri ciddi qəbul edilməlidi. Təklif edirəm ki, AFFA İcraiyyə Komitəsinin üzvləri yığışaraq, fövqəladə iclas keçirsinlər. Həmin iclasda qara pişiyin zərərsizləşdirilməsi üçüm milli konsepsiya hazırlanmalıdı. Ölkənin adlı-sanlı cindarları, mollaları da komitənin iclasına dəvət edilməlidi. Bəllidi ki, onların təcrübəsindən bu işdə yararlanmasaq, qara pişiyi yaralamaq mümkün olmayacaq. Lazım gəlsə, AFFA illik büdcəsini qara pişiyin məhvi üçün sərf etməlidi. Qoy uşaqlardan tutmuş böyüklərə qədər, bütün futbolçular bir il pulsuz oynasınlar. Qoy Rövnəq Abdullayevlə Elxan Məmmədov bir il məvacib almasınlar, buğda yox, arpa unundan bişirilmiş çörək yesinlər. Onsuz da qara pişik futbolumuzun qarşısından çəkilməyənə qədər futbolçularımızın oynamasının heç bir nəticəsi olmayacaq, Rövnəq Abdullayevin futbolumuza göstərdiyi atalıq qayğısı görünməyəcək, qara pişik nəticə qazanmağımızı əngəlləyəcək. Futbolçularımız nə qədər güclü olsalar da, rəqiblərini beş baş üstələsələr də, ən yaxşı halda 9 xalın 1 xalını əldə edə bilərlər. Qara pişik durduqca, futbolumuz qara gündə olacaq. Bu pişiyi zərərsizləşdirməyə, futbolumuzun yolundan götürməyə isə gücümüz çatar. «Niyə də yox» deyib, mübarizəyə başlamaq lazımdı. Bu pişik qara pişik, gətirib bizi zara pişik!!!