vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 25 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
MÜƏLLİF  
23:06 | 9 fevral 2017 | Cümə axşamı Məqaləyə 2418 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Lapşın və «Jırinovski»

(Kürdəxanı təcridxanasındakı vəkillərin bank və millət söhbəti)

Əkrəm HƏSƏNOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün 1 saylı Bakı İstintaq Təcridxanasında iki şəxslə təsadüfən rastlaşdım. Biri dövlətimizə qarşı cinayətlərdə suçlandırılan Aleksandr Lapşın, digəri isə vəkil Muxtar Mustafayev idi. Birincisi sakit, ikincisi isə çox çılğın idi. Elə təcridxananın qarşısında idim, bir də gördüm Mustafayev qışqıra-qışqıra üzərimə gəlir. Onun həmişə bu tərzdə danışdığını bildiyim üçün sözlərin mənasını hələ başa düşmədən görüşmək üçün əlimi uzatdım və yalnız bundan sonra dediyini başa düşdüm. Başladı ki, ay nə bilim, sən, sənin Antikollektorun lümpen-proletariatsız, bankları çökdürürsüz və təhqiramiz tərzdə və ifadələrlə qayıtdı ki:

- Konstitusiya Məhkəməsinin qərarlarını şərh edirsən, bankları çökdürürsən, özünü yığışdır, banklarımızı çökdürənin mən nəslini kəsərəm...

- Buyurun, bacardığınızı edin.

- Ə, sənə dedim, kəsərəm nəslini mənim banklarımı çökdürənin!

- Tərbiyəsizlik etmə! Banklar qanunları pozduqca seçim belədir: ya banklar çökəcək, ya xalq qırılacaq...

- Qoy millət qırılsın!

- Onda mən də millətimi qıranın nəslini kəsərəm. Get tullan!

Digər vəkillər son ifadələrin şahidi olaraq bizi ayırdılar...

Mustafayev qeyri-etik davranışı ilə hüquq ictimaiyyəti aləmində vəkillərin «Jırinovski»si kimi məşhurdur. Elə yanvar ayında onun üzərində bir məhkəmə prosesində mən qalib gələndə də özünü qeyri-etik aparmışdı. Son vaxtlar «Facebook» statuslarımın altında da bankların xeyrinə, əhalinin əleyhinə şərhlər yazırdı. Bir dəfə hətta mənə zəng vurub bu sahədəki fəaliyyətimə qarşı iradlarını da bildirmişdi. Mən də demişdim ki, məqsəd bankları çökdürmək deyil, onları qanuna riayət etməyə vadar etməkdir. Borcluların da arasında qanunları pozan varsa, cavab verməlidirlər. Amma o qayıdıb dedi ki, «Xeyr! Kasıb «tupoy»dur, o mənimlə bərabər ola bilməz, qoy ölsün...» və s. və i.a. Buna görə də son günlər şərhlərinə reaksiya da vermirdim. Başa düşürdüm ki, hansısa bankların maraqlarını müdafiə edir, onun üçün belə edir. Necə deyərlər, çörəyi oradan çıxır! Amma hər şeyin həddi var. Bankları da təbii müdafiə etmək lazımdır (mən özüm də bir neçə dəfə banklara qarşı çıxarılan ədalətsiz məhkəmə qərarlarını tənqid etmişəm!), lakin etika çərçivəsində (mənim banklarımızda xeyli dostlarım, tanışlarım var, bütün problemləri səmimi və etik çərçivədə daim müzakirə edirik). Onu da unutmaq lazım deyil ki, millət banklar üçün deyil, banklar millət üçündür.

Amma vəkil Mustafayevin dediyi «Qoy millət qırılsın!» sözləri mövqeyini ortaya qoydu (bu ifadəni işlətməsəydi, bu statusu yazmazdım da heç). Bu sözləri heç ermənipərəst Lapşın da deməyib, amma azərbaycanlı Mustafayev-«Jırinovski» dedi. Buna görə də təcridxanadan çıxan kimi etdiyim ilk hərəkət onu «Facebook» dostluğumdan çıxarmaq oldu. Bir də belə hallara yol versə, sanksiya virtual olmayacaq...


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)