vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
BANK, BİRJA, SIĞORTA  
13:39 | 8 fevral 2018 | Cümə axşamı Məqaləyə 4503 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Dəmirbank»ın sığortalanmış əmanətləri qaytarılmır?

ƏSF onları kompensasiya etməkdən niyə imtina edir?

Əkrəm HƏSƏNOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Məlumat var ki (araşdırma davam edir), Əmanətlərin Sığortalanması Fondu (ƏSF) ötən ilin sonunda müflis elan edilmiş «Dəmirbank»ın sığortalanmış əmanətlərinin bir qismini qaytarmaqdan imtina edir. Səbəb odur ki, 2017-ci ildə Maliyyə Bazarlarına Nəzarət Palatası «Dəmirbank»a sığortalanmış əmanətlərin həcmini artırmağı qadağan edib, lakin bank buna məhəl qoymadan həcmi artırıb. Necə?

Əmanətçilər banka gələrək xarici valyutada olan sığortalanmamış əmanətləri üzrə faiz dərəcəsinin 3%-ə endirilməsini tələb edib, bank da tələbi yerinə yetirib. Xatırladıram ki, 2016-cı ilin 1 mart tarixindən qüvvəyə minmiş «Əmanətlərin tam sığortalanması haqqında» Qanunun 4.1-ci maddəsində deyilir: «Qorunan əmanətçilərin bu Qanunun qüvvəyə mindiyi günə bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan banklarda mövcud olan və illik faiz dərəcələri Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddindən yuxarı olan əmanətləri həmin əmanətçilərin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrində bu Qanunun 3-cü maddəsinin tələblərinə uyğun olaraq müvafiq dəyişikliklər edilməklə tam sığortalanır». Yəni bank hər bir halda əmanəti sığortalamaqdan imtina edə bilməzdi və sadəcə Cənab Prezidentin təsdiq etdiyi Qanunu icra edib. Əvvəl-axır bank üçün kimin göstərişi daha üstündür: dövlət başçısının imzaladığı Qanunun, yoxsa Palata rəhbərinin (rəhbəri varsa! orada kimin rəhbər olmasının özü müəmmalıdır!) imzaladığı göstərişin?

Hətta fərz etsək ki, Palatanın göstərişi qanuni olub (əslində qanunsuz olub!) və bank onu pozub, yenə də əmanətçiyə bunun dəxli yoxdur və bu barədə məlumatı ola bilməzdi (Palatanın belə göstərişləri məxfidir). Göstərişi pozmuş bank inzibatçısı buna görə cavab verməlidir! Amma əmanət hər bir halda sığortalıdır və Fond onu kompensasiya etməlidir. Fond bundan imtina etsə, əmanətçilər haqlarını məhkəmədə bərpa edə bilər.

Artıq neçənci dəfədir ki, Əmanətlərin Sığortalanması Fondu sığortalanmış əmanətləri qaytarmaqdan yayınır. Bilmirəm, bunu savadsızlıqdan edirlər, yoxsa dövlətimizə zərər vurmağı özlərinə vəzifə qoyublar! Yəni həqiqətən də başa düşmürlər ki, bu əməlləri nəticəsində əhali banklardakı əmanətlərini geri çəkə bilər?..

P.S. O ki qaldı Palatanın qanunsuz göstərişinə, o da həmin silsilədəndir! Bilmirsən, savadları çatmır, yoxsa təxribatçıdırlar! Yaxında Palatanın bu qəbildən olan digər göstərişi haqda da yazacağam...


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)