ARKM sözünü tutmur
Mərkəzi Bank Konstitusiya Məhkəməsinin qərarlarını qabaqcadan necə bilir?
Əkrəm HƏSƏNOV
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Manatın materialı dəyişəcək
Mərkəzi Bank polimer pula keçməyi planlaşdırır
-
Xaricdən göndərilən pulda artım
Bu rəqəm ötən ilə nisbətən 225, 2016-dan isə 391 milyon dollar çoxdur
-
5 milyard dolları keçdi
Mərkəzi Bankın valyuta ehtiyatları artdı
-
«Pul bazası artır»
Bir ildə 2.2 milyarda yaxın çoxalma var
-
Dollar kreditlərinin 19 faizi problemlidir
AMB statistik hesabat açıqladı
-
10 iyun 2021-ci il tarixdə Azərbaycan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi (ARKM) rəsmi elan etdi ki (http://www.constcourt.gov.az/az/details/1326), işini “daim açıq və şəffaf şəkildə qurmağa çalışır” və “icraatına qəbul edilmiş sorğu və müraciətlərə dair” hər bir hüquqşünas (tələbə-hüquqşünas da) öz yazılı rəyini ona təqdim edə bilər. Rəylərin məhkəmənin internet səhifəsində “İşlərin baxılma cədvəli” bölməsində (http://www.constcourt.gov.az/az/reception) göstərilən işə baxılması tarixinədək göndərilməsi xahiş olunurdu.
Lakin sözügedən bölmədə əksər sorğu və müraciətlər dərc olunmur, buna görə də onlara dair rəy bildirmək də mümkün deyil. Belə ki, məsələn, fevral ərzində 3 sorğu və 1 müraciətə baxılacaq. Saytda yalnız müraciət (Bakı Apellyasiya Məhkəməsinin) dərc olunub. Amma Nazirlər Kabinetinin 1 və Prokurorluğun 2 sorğusu dərc olunmayıb.
Yeri gəlmişkən, Nazirlər Kabinetinin 21 fevral 2022-ci il tarixdə baxılacaq sorğusu “Banklar haqqında” Qanunun 71, 81 və 82-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsi ilə bağlıdır. Sözügedən maddələr iflasa uğramış bankların kreditorlarının tələblərinin ödəniş növbəsi ilə bağlıdır. O cümlədən girovla təmin edilmiş tələblərin. Yəqin kimsə digər kreditorları “offside” qoyub qabağa düşmək istəyir.
Girovla təmin edilmiş tələblərdən də söhbət getdiyi üçün ola bilər ki, bu, Mərkəzi Bankdır. Çünki müflis bankların çoxuna qarşı girovla təmin olunmuş tələbləri var. Əvvəllər Əmanətlərin Sığortalanması Fondu onun tələblərini qanunsuz və digər kreditorların maraqlarına zidd olaraq girov satılmadan ödəyirdi. Yəni Mərkəzi Bankı qabağa salırdı. İndi isə bunu etmirlər. Odur ki, yəqin Mərkəzi Bank qanunu öz xeyrinə şərh etdirmək yolu ilə qabağa düşmək istəyir. Yadınızdadır, Mərkəzi Bankın sədrinin birinci müavini il yarım bundan əvvəl ARKM-in qərarının necə və nə vaxt olacağının dəqiq anonsunu vermişdi? Yəni Mərkəzi Bank hansısa yolla bu məhkəmənin qərarının necə olacağını qabaqcadan bilir.
P.S. Bir sözlə, vətəndaş, hüquqşünas, vəkil olaraq Konstitusiya Məhkəməsinə müraciət edirəm: sözünüzü tutun, bütün sorğu və müraciətləri dərc edin. Konkret olaraq Nazirlər Kabinetinin son sorğusuna dair mən rəyimi təqdim etmək istəyirəm.
P.P.S. Konstitusiya Məhkəməsinə saytında göstərdiyi elektron ünvanlar vasitəsilə də rəsmi müraciət etmişəm ki, sorğunu dərc etsinlər.