vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 3 oktyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
MƏHKƏMƏ, İSTİNTAQ  
11:13 | 22 iyul 2019 | Bazar ertəsi Məqaləyə 5297 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ali Məhkəmə bir daha nağdlaşdırma vergisi haqqında

Ölkə tarixində indiyədək verginin özünün qanunsuzluğu uğrunda mübarizə təcrübəsi olmayıb

Əkrəm HƏSƏNOV

Absurd 1 faizlik nağdlaşdırma vergisinin qanunsuzluğunun tanınması uğrunda apardığım mübarizə barədə dəfələrlə yazmışam. Buna (tutulan verginin qaytarılması üzrə Vergilər Nazirliyinə qarşı iddiaya) ötən 2017-ci ilin əvvəlindən başlamışam. Xatırladıram ki, 2017-ci ildə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, ardınca isə Bakı Apellyasiya Məhkəməsi iddiamı mümkünsüz hesab etmişdi. Lakin Ali Məhkəmə (hakim Nigar Rəsulbəyovanın sədrliyi ilə) mümkünsüzlük haqda qərardadı ləğv edərək işi Bakı Apellyasiya Məhkəməsinə qaytarmışdı. Sonuncu isə işi yenidən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərmişdi. Ötən ilin mart ayında isə həmin məhkəmənin hakimi Şərafət Məmmədova iddiamı təmin etmiş və sözügedən vergini qanunsuz hesab edərək qaytarılması haqda qərar qəbul etmişdi.

Vergilər Nazirliyi qərardan apellyasiya şikayəti vermişdi. Bakı Apellyasiya Məhkəməsi isə şikayətə mahiyyəti üzrə baxmaq əvəzinə iddianı yenidən mümkünsüz hesab etmişdi. Lakin ötən ilin sonunda Ali Məhkəmə hakim Sevda Hüseynovanın sədrliyi ilə mümkünsüzlük qərardadını ləğv etmiş və işi yenidən Bakı Apellyasiya Məhkəməsinə qaytarıb.

 Lakin bu ilin fevral ayında Bakı Apellyasiya Məhkəməsi (sədrlik edən hakim Cahangir Yusifov) Ali Məhkəmənin mövqeyi ilə razılaşmayaraq artıq 3-cü (???!!!) dəfə iddiamı mümkünsüz hesab etdi. Təbii, bu misli görünməyən özbaşınalıqdan yenidən şikayət verdim və Ali Məhkəmə (sədrlik edən hakim İlqar Hüseynov) bir daha mövqeyini təsdiq edərək Bakı Apellyasiya Məhkəməsinin qərardadını ləğv etdi (dərc edirəm).

Beləliklə, mübarizə yenə davam edir və Vergilər Nazirliyi xeyrimə çıxarılmış qərarı mahiyyəti üzrə mübahisələndirməyə məcburdur. Bu işdə Ali Məhkəmənin rolunu xüsusilə qeyd etmək istəyirəm. Üçüncü dəfədir ki, bu iddianın mümkünsüz hesab edilməsinin qarşısını alır və bununla da hüquq sistemimizdə qanunsuz ənənənin yaranmasına mane olur. Ölkə tariximizdə verginin özünün qanunsuzluğu uğrunda mübarizə təcrübəsi indiyədək olmayıb. Bu ilkdir. Vətəndaşın verginin qanunsuzluğu uğrunda mübarizə aparmağa hüququ var. Qərb demokratiyası, vətəndaş cəmiyyəti və hüquqi dövləti məhz bu mübarizə nəticəsində hazırkı səviyyəyə gəlib çatıb. Bu səbəbdən işin yekun nəticəsindən asılı olmayaraq, bu məhkəmə prosesinin mövcudluğu belə müsbət haldır və məhz buna görə də bəziləri var güclə prosesin özünün qarşısını almaq istəyir. Həmçinin ona görə ki, cari proses bu cür qanunlar yazanların savadsızlığını çılpaqlığı ilə göstərir.

P.S. 2 ildən çoxdur ki, işə baxılır, hələ də iddiamın mümkünlüyü məsələsi həll olunur. Buna nə ad verəsən axı? Özü də mən hələ vəkiləm! Görün, indi başqaları nələr çəkir bizim məhkəmə sistemindən! Ümid edirəm ki, Bakı Appelyasiya Məhkəməsi nəhayət bu dəfə işə mahiyyəti üzrə baxacaq və Ali Məhkəmə dördüncü dəfə mövqeyini təsdiqləməli olmayacaq! Ən azı ona görə ki, ölkədə məhkəmə-hüquq islahatları gedir…


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)