vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
MEDİA-QHT  
22:48 | 10 fevral 2017 | Cümə Məqaləyə 2465 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Azərbaycan AHT təşəbbüsünə ilk qoşulan ölkələrdəndir»

Azay Quliyev dövlət katibi ilə, ədliyyə nazirini qəbul edib

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev və deputat Vüsal Hüseynov ölkəmizdə səfərdə olan Fransanın Dövlət katibi Jan-Vensen Plasen və Gürcüstanın ədliyyə naziri Tea Tsulukiani ilə görüşüblər.

Strateq.az xəbər verir ki, görüşdə Azay Quliyev ölkəmizin həm Fransa, həm də qonşu Gürcüstanla mövcud olan dostluq münasibətlərindən danışıb, parlamentlərarası əlaqələrimizin yüksək səviyyədə olmasını diqqətə çatdırıb.

Bildirib ki, ölkələrimiz bir çox sahələrdə, o cümlədən əsası 2011-ci ildə qoyulmuş Açıq Hökumət Tərəfdaşlığı Platformasında əməkdaşlıqda maraqlıdırlar: «Azərbaycan Açıq Hökumət Tərəfdaşlığı (AHT) təşəbbüsünə ilk qoşulan ölkələrdən olub və təşəbbüsün əsas sənədi olan Bəyannaməyə imza atıb. AHT təşəbbüsünə qoşulan ölkələrin əsas öhdəlikləri hökumətlərin fəaliyyət bilgilərinin hər kəs üçün əlçatan olması, idarəetmədə vətəndaş iştirakçılığının genişləndirilməsi, dövlət idarəetməsində yüksək peşə etikasının tətbiqi, hökumətin daha hesabatlı və açıqlığı üçün yeni nəsil texnologiyaların tətbiq edilməsidir. Açıq Hökumət Tərəfdaşlığının ən önəmli prinsiplərindən biri isə hökumət və vətəndaş cəmiyyətinin əməkdaşlığıdır.

AHT-nin təsis olunmasından bir il sonra şəffaflığın artırılması, açıq hökumətin təşviqi ilə bağlı fəaliyyətin təkmilləşdirilməsi məqsədilə ölkəmizdə «Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Fəaliyyət Planı» və 2016-cı ildə «Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı» qəbul olunub".

Söhbət zamanı qonaqlara Azərbaycanda hökumətin AHT qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsi, vətəndaş cəmiyyətinin inkişafı sahəsində görülmüş işlər barədə geniş məlumat verilib, qarşıda dayanan vəzifələrdən danışılıb.

Görüşdə Gürcüstanın ədliyyə naziri xanım Tea Tsulukiani və Fransanın Dövlət katibi Jan-Vensen Plasen Açıq Hökumət Tərəfdaşlığı Platformasında Azərbaycan tərəfindən koordinasiyanın gücləndirilməsi üçün geniş imkanların mövcud olduğunu diqqətə çatdırıblar.

Bildirilib ki, bu platformada əməkdaşlıq AHT prinsiplərinin Azərbaycanda daha geniş yayılmasına və son nəticə olaraq şəffaflıq və iştirakçılıq sahəsində müstəqil vətəndaş cəmiyyəti ilə hökumət arasında dialoqa, vətəndaş cəmiyyəti təşəbbüslərini dəstəkləyən mexanizmlərin qurulmasına töhfə verəcəkdir.

Söhbət zamanı tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.