vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
23:55 | 14 fevral 2017 | Çərşənbə axşamı Məqaləyə 2494 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Daimi itkilər deməkdir»

Politoloq: «Düşmənin hərbi texnikası və canlı qüvvəsi də hədəfdədir»

MÖVZU İLƏ ƏLAQƏLİ

««Azərbaycan ordusu aprel ayında Dağlıq Qarabağa hücum edəcək» deyən erməni ekspertləri qabaqdangəlmişlik edərək dolayısıyla Rusiyaya mesaj göndərirlər ki, Azərbaycanın qarşısını alın».

VAXT.AZ xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

O, aprel ayında lokal toqquşmaların artacağını istisna etməyib: «Ancaq bu may, iyun, iyul, avqust və digər aylarda da ola bilər. Ümumiyyətlə, atəşkəsin müddəti təxminən iki il bundan əvvəl bitib. Bu müddətdə lokal döyüşlərin sayı-hesabı yoxdur, düşmənin Dağlıq Qarabağdan kənara çıxan helikopteri də vurulur, hərbi texnikası və canlı qüvvəsi də hədəfdədir.

Əgər itki vermək istəmirlərsə, gərək Dağlıq Qarabağ ətrafındakı postlarını tərk edib, Xankəndi ətrafına çəkilələr. Ancaq bunun baş verməsi işğalçıların Dağlıq Qarabağ ətrafını boşaltması demək olacaq ki, bunu da «qürurlarına» sığışdırmırlar. Bunun əksi də Ermənistana yaxşı heç nə vəd etmir, bu, daimi itkilər deməkdir».