vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 26 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
CƏMİYYƏT  
19:46 | 18 fevral 2017 | Şənbə Məqaləyə 1801 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Daim fəallıq göstərənlər bütün xalqın fəxridir»

Əli Həsənov: «Azərbaycanda veteranlara sözün həqiqi mənasında mənəvi sərvət kimi yanaşılır»

MÖVZU İLƏ ƏLAQƏLİ

Fevralın 18-də Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında veteranlarla görüşərək onların qayğıları ilə maraqlanıb.

«Trend»in məlumatına görə, görüşdə Prezident İlham Əliyevin veteranlara göstərdiyi diqqət və qayğıdan söhbət açılıb, dövlətimizin başçısına minnətdarlıq ifadə olunub.

Prezidentin köməkçisi vurğulayıb ki, ölkə həyatında daim fəallıq göstərən veteranlar yalnız mənsub olduqları nəslin və ailələrin deyil, bütün xalqın fəxri, ağsaqqalı və ağbirçəyi hesab edilir.

Azərbaycanda müharibə əlilləri və veteranlarının yüksək dövlət qayğısı ilə əhatə olunduğunu qeyd edən Əli Həsənov bildirib ki, bu siyasətin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndərin Azərbaycana yenidən rəhbərliyə qayıtması ilə veteranlar təşkilatının fəaliyyəti canlanıb, veteranlara münasibət əsaslı şəkildə dəyişib. Bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Təkcə cari ilin əvvəllərində müvafiq sərəncamlar imzalanıb, İkinci Dünya müharibəsi veteranları – Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvləri Aleksandr Qritçenko və Fatma Səttarova «Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu» ilə təltif edilib. Hər iki qocaman veteran bu yüksək dövlət mükafatına ölkənin ictimai həyatında səmərəli fəaliyyətlərinə və gənclərin vətənpərvərlik tərbiyəsindəki xidmətlərinə görə layiq görülüb.

Sonra Prezidentin köməkçisi Azərbaycan Prezidentinin fəxri diplomlarını Fatma Səttarovaya və Aleksandr Qritçenkoya təqdim edib, onlara cansağlığı və işlərində uğurlar arzulayıb.

Fatma Səttarova və Aleksandr Qritçenko yüksək təltifə və diqqətə görə Azərbaycan Prezidentinə dərin minnətdarlıqlarını bildiriblər.

Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov çıxış edərək Prezident İlham Əliyevin müharibə iştirakçılarının və əlillərinin sosial müdafiəsini gücləndirmək istiqamətində ardıcıl addımlar atdığını diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycanda veteranlara sözün həqiqi mənasında mənəvi sərvət kimi yanaşılır. Azərbaycan veteranları dövlətimizin başçısının daxili və xarici siyasətini birmənalı olaraq dəstəkləyir və bu siyasətin gələcəkdə də uğur qazanması üçün bütün bilik və bacarıqlarını sərf etməyə çalışırlar.