İki «Usta Zeynal»...
...Biri mənfi, biri müsbət
Fəxri HACIBƏYLİ
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Qoca Şərqin söz güzgüsü
Hekayələrində gülüşü, gözyaşını və müsibəti üzvi surətdə birləşdirən dahi
-
Biz nəyik?
Mirzə Cəlil Məmmədquluzadənin 150 illiyinə
-
Pikassonun eşşəyi
İndi isə uzunqulağı hətta səhnəyə gətiriblər
-
«Axundovun islama nifrəti anlaşılandır»
Fazil Mustafa: «Sənət adamları arasında titul davası var»
-
«Avropa davasından, vitrin davasına»
-
«Tarixdə şəxsiyyətin rolu haqqında uğursuz axtarışlar»
Problemin fəlsəfi qoyuluşu
-
«Tarixdə şəxsiyyətin rolu haqqında uğursuz axtarışlar»
Problemin fəlsəfi qoyuluşu
-
«Mirzə Cəlil rüstəmlər haqqında»
-
«Doğulmaq pisdi, yaşamaq gözəl»
-
«Mərdlik sistemi» (II yazı)
Mərdlik sisteminin qəribəliyi
-
«Mərdlik sistemi» (I yazı)
Mərdlik sisteminin təsviri
-
«Türkün kitabla imtahanı»
Ədəbiyyatımızda iki Usta Zeynal obrazı var. Birini Mirzə Cəlil eyni adlı hekayəsində, digərini Əbdürrəhim bəy Haqverdiyev «Mirzə Səfər» hekayəsində yaradıb. İki bir-birinə yad, fərqli tiplər.
Birinci Usta Zeynal bənnalıq etməli yerdə mollalıq edən, işbacarmaz, boşboğaz, zəvzək «tutaq ki, bullar (ermənilər, xristianlar) çönüb musurman oldular. Bəs o zaman allah cəhənnəmə kimi göndərəcək» düşüncəsində olan cahil, dargöz və zehniyyətdən məhrum İran əhlidir.
İkinci Usta Zeynal vəfalı dost, maarifpərvər zəhmət adamı, təhsil, elm ardınca getməyin əhəmiyyətini anlayan, Mirzə Səfərin (Əbdürrəhim bəyin öz prototipidir) maddi imkansızlıqdan yaranan sıxıntılarını anlayan, ən ülvi «övladlarını ali təhsil almış görüb gözlərini yummaq» arzusuna dəstəkçi olan müsbət qafqazlı tipidir. Mirzə Səfər hekayəsini oxuyanlar və məşhur «Evlənmək istəyirəm» (Papaq) filminə baxanlar hekayə və filmdəki Həsən ağa obrazını tanımamış olmazlar. Zərbül məsələ çevrilmiş «degilən sən öl Həsən ağanın qohumuyam! Bəs elə isə gəl min boynuma» dialoqu da həmin hekayədəndir. Çoxlarınız bəlkə də bilmirsiniz ki, hekayənin qəhramanlarından biri harın və paxıl, özündənrazı Həsən ağa obrazının qaynağı kimdir, həyatdan götürülmüş bu obraz kimin prototipidir?
Əbdürrəhim bəy Hacı Zeynalabdin Tagıyevin gəmiçilik idarəsində işləyirdi. Qarabağın sayılan bəy nəslindən maarifpərvər, mütərəqqi şəxs idi. Ədəbi dünyagörüşü etibarilə Qasım bəy Zakir məktəbinin - tənqidi realizmin davamçılarından, dövrünün bütün intellektuallarını ətrafına toplamış «Mollanəsrəddinçilər»dən idi. Jurnalda başqa imzalarla (məsələn Ceyranəli imzasıyla) hekayələr, felyetonlar çap etdirirdi. Üzeyir bəylə sıx dostluq əlaqələri vardi və onun müsəlman operası yaratmaq ideyasının qızğın tərəfdarlarından idi. Opera səhnəyə qoyulduqda onun ilk dirijoru olmuşdu. Bu da təbii ki, milyonçu Zeynalabdinin maliyyəsiylə yaranmış «Fyuzatçı»lığa tərs idi. Əbdürrəhim bəyin «antifyüzatçı» fəaliyyəti milyonçu Hacının qulağına çatır və Haqverdiyev maddi imkansızlığına baxmayaraq işinə son verməli olur. Bu olanağı Haqverdiyev ədəbi dillə «Mirzə Səfər» hekayəsində nəql edir.
Həsən ağanın qohumuna pis davrandığı onun qulağına çatır və Mirzənin «Cəmiyyəti xeyriyyə»nin vəsaitiylə təhsil alan iki oğlu təhsilhaqqı güzəştindən məhrum edilir. Həsən ağa cəmiyyətin tədbirində çıxış edib deyir ki, mən onu tanıyıram, harınlayıb, yəqin pulu var ki, belə edir. Yoxsa o da sair çinovnikıər kimi hər kəsin yerini bilərdi. Beləliklə kasıb Mirzənin iki oğlu məktəbdən atılır. Amma Mirzə Səfərin saatsaz dostu Usta Zeynal dostuna əl tutur, oğlanlarından birinin təhsil haqqını öz üzərinə götürür. Və Murzənin arzusunun həyata keçməsinə dəstəkçi olur. Darülfünuna yola salınan tələbəyə bir qızıl saat da peşkəş verir.
Bu gün də, Mirzə Cəlilin, Haqverdiyevin ilham qaynağı tiplər gözümüzün önündədirlər. Harın həsənağalar, cahil bənna ustazeynallar varsa da, saatsaz uztazeynallar, rüşvət almayan, yaltaqlıq, təməllüq nədir bilməyən, az maaşına qane olub kimsənin əlinə göz dikməyən Mirzə Səfərlər də var.
Bircə fərqlə; Mirzə Səfərin yaxşı işçi olduğuna, rüşvət almadığına görə kollektivdə hörməti vardi. Bu səbəbdən da sair işçilər naçalnikə xahiş etdilər ki, Mirzəni işində saxlasın...
Bax bircə bu dəyişib; rüşvət almamaq, yaltaqlıq etməməyə münasibət dəyişib. Onlar daha cəmiyyət tərəfindən sayğı görmür, kollektiv haqlarında ricada bulunmur, belələri üstün, öncül insan sayılmır. Əksinə əfəl, bacarıqsız, «başı dolu, cibi boş» sayılır, hətta dışlanırlar da. İlk baxışdan xırda görünsə də, əhəmiyyətli gerilikdir.