
Hə…Hə… qofta, qofta
Bizim “obrazovannı”lar
Bizim “obrazovannı”lar
“Kim ki, insanı sevər, aşiqi-Hürriyyət olur, Bəli, hürriyyət olan yerdə də insanlıq olur”
“Ömür vəfa etsəydi, sümüklərimi də xalqımın yolunda qoyardım...”
Hekayələrində gülüşü, gözyaşını və müsibəti üzvi surətdə birləşdirən dahi
Hekayələrində gülüşü, gözyaşını və müsibəti üzvi surətdə birləşdirən dahi
Hekayələrində gülüşü, gözyaşını və müsibəti üzvi surətdə birləşdirən dahi
Hekayələrində gülüşü, gözyaşını və müsibəti üzvi surətdə birləşdirən dahi
Salam, Molla Babam! 119 yaşın mübarək!
Mən çox istərdim ki, bu gün, sən “Molla Nəsrəddin” babamın doğum günündə yalnız xoş sözlər yazım, şirin arzularımı dilə gətirim, xoş dualarımı pərvərdigarın dərgahına ünvanlayım, olmadı. Olmayanda olmur.
Molla Babam, bu gün sənin düz 119 yaşın tamam olur, yaşın mübarək! Amma yəqin ki bilirsən, bizim, yəni halal jurnalistikaya ömür verən bütün yazı əhlinin digər bir babası “Əkinçi”dir ki, onun da bu il 150 yaşı tamam olur.
Nə gizlədim, jurnalist olmaq niyyətinə düşəndən sən Molla Babamdan çox şey öyrənsəm də, “Əkinçi” babamın yolunu seçdim.
Fikirləşdim ki, nöqsanları göstərməklə, açıb-ağartmaqla heç nə düzəlməz: eləcə oxuyacaqlar, sonra da sən demişkən, qah-qah çəkib güləcəklər, gülməkdən yaşaran gözlərinin yaşını siləndən sonra da “hə... nooolsun?” deyib keçəcəklər ki, guya bu lafın bizə heç cıqqana dəxli yoxdur. Nöşün ki, gülüş, nəyisə gözdən salmaq üçün edilən istehza həm də özünü qorumaq reaksiyasıdır.
Molla Babam, özünü hər iki babamızın sələfi sayanlar da, saymayanlar da həvəslə yay fəslini gözləyir, “Əkinçi” babamızın yubileyində sevinə biləcəklərinin intizarını çəkir.
Amma ən pisi odur ki, bəzi-bəzi media işbazları şeytanlıq edərək, sədaqətli, baba yoluna xilaf çıxmayan nəvələri siz babaların yaratdığı mətbuatdan küsdürmək, uzaqlaşdırmaq yolunu tutublar.
Sənin yaşının demək olar ki, yarısı qədər yaşamışam, əlim qələm tutandan da o biri babama verdiyim andıma həmişə sadiq qalmışam. Çalışmışam ki, mənsub olduğum xalqın babalarını maarifləndirim, bəsirət gözlərinin açılmağına xidmət edim. Nə gizlədim, gördüyüm, bildiyim bir sıra nöqsanların da üstündən keçmişəm ki, ayıb olmasın. Amma görürəm ki, çifayda!
Düzdür, indi deyə bilərsən ki, guya mən düzünü dedim, göz yummadım, nə oldu? Guya mən nəsə qazandım?! Hər halda ürəyini boşaltdın da!..
İndi nə deyirsən? “Əkinçi” babamın yolundakı xidmətimin əvəzində gördüyüm sayğısızlıqdan, görməzlikdən bezib sənin ifşaçı yolunu seçimmi?
Bəlkə də indi, ağ bığ-saqqalının altında qımışırsan ki, ay qız, onsuz da öz bildiyini edəcəksən, mənə nə gənəşirsən? Amma yenə də olsun! Böyük sözünü eşitməkdə xeyir var.
Nə cavab verəcəyindən asılı olmayaraq 119 yaşın mübarək!