vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
QARABAĞ  
17:09 | 25 fevral 2017 | Şənbə Məqaləyə 1182 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«O, nə zaman başlayacaq?»

Rusiyalı ekspert: «Qarabağda müharibə qaçılmazdır»

Nair ƏLİYEV

MÖVZU İLƏ ƏLAQƏLİ

Məşhur rusiyalı hərbi ekspert Pavel Felgenhauer virtualaz.org-un müxbiri ilə söhbətində Qarabağda cəbhə xəttindəki kəskinləşməni məntiqi hal adlandırıb. Onun sözlərinə görə, son günlər və həftələr ərzində vəziyyətin getdikcə gərginləşməsi barədə məlumatlar daxil olurdu.

«Mən baş verənləri izləyirəm və təəssüflə deyə bilərəm ki, müharibə praktiki olaraq qaçılmazdır», - ekspert deyib.

Bəs tərəfləri təxribata sürükləyən, təmas xəttində bu cür gərginliyi yaradan kimdir? Felgenhauerin fikrincə, xarici qüvvələr hazırda başqa işlərlə məşğuldurlar. Hətta bu yaxınlarda Bakıda keçirilmiş ABŞ və Rusiya Baş Qərargah rəislərinin səs-küylü görüşünün də heç bir vəchlə Qarabağ münaqişəsinə aidiyyəti yox idi.

«Dünya cidd-cəhdlə Qarabağı unutmağa çalışır, - ekspert deyir. – Nə qədər ki, müharibə başlamayıb, bu problem yada düşməyəcək».

Hərbi analitikin sözlərinə görə, hazırda tərəflər razılığa gələrək gərginliyi azalda bilərlər. Lakin bütün bunlar müvəqqətidir.

«Eyni zamanda, təmas xəttində atəşkəsə nəzarət edən yoxdur. Bununla birgə, tərəflər güzəştə getmir və hərənin özünə görə hərbi əmıliyyatları başlamaq üçün əsası var», - analitik qeyd edib.

Felgenhauerin dediyinə görə, vəziyyət acınacaqlıdır.

«İndi «Müharibə başlayacaq, ya yox?» soruşmağın mənası yoxdur. Sualı başqa cür qoymaq lazımdır: O, nə zaman başlayacaq?», - Felgenhauer vurğulayıb.