DİN generalı ilə «XİN generalı»nın insidenti
Səhlab Bağırov: «Bəli, Tofiq Zülfüqarovun maşınının saxlanılmasını mən əmr etmişəm»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Qayda pozuntularında 67 faiz artım
Yol polisindən qadın sürücülərə xəbərdarlıq
-
12 həbs, 1 243 cərimə
Karantin qaydalarını pozan sürücülərə cəza yağdı
-
Bakıda nömrəsiz maşınları kimlər sürür?
«Vətən qarşısında xidmətləri icazə vermir ki, qanunu pozsunlar»
-
11 mindən çoxu sərxoş olub
133 786 sürücü, 83 567 piyada cərimə olunub
-
«Yol polisi olmasa, ...»
Polkovnik taksi sürücülərindən şikayətçidir
-
Maşın ustaları yol polisi ilə əlbir imiş
Avtomobilinizi təmir etdirmək üçün arayış almasanız sizi cərimə gözləyir
-
«AA» seriyalı qatil «Lexus»
Bakıda piyadanı öldürən avtomobilin sahibi məlum oldu
-
Mağazalarda yol nişanları satılır
Bu nə dərəcə düzgündür?
-
«110 km/saat çox da yüksək sürət deyil»
Yollarımızda sürət həddi artırılmalıdır, yoxsa azaldılmalı?
-
Gecə qara, küçə qara…
Bakının ölüm gətirən zülməti
-
Hərə əlinə bir qələm alıb...
Jurnalistlərin evinə göz dikənlər...
-
«Məni yaşadan Rusiyadır»
Polkovnik Vaqif Əsədov: «Bunu qazanmışamsa, demək ...»
-
50-300 manat arası cərimələnəcəklər...
Avtomobili sığortasız sürücülərə bəd xəbər
-
Piyada keçidləri ilə bağlı vacib dəyişiklik
Ekspertlər deyir ki, sürücülərin piyadaları uzun müddət gözləməməsi nəqliyyatın normal axınını təmin edəcək
-
«Lazımdırmı?»
Sabiq XİN nazir ilə DİN generalı arasında qalmaqal sülhlə bitdi
-
Ən çox qaçırılan avtomobillər
Oğrular niyə MDB istehsalı olan maşınları «sevir»?
Keçmiş xarici işlər naziri Tofiq Zülfüarov Heydər Əliyev prospekti ilə hərəkət edərkən onun avtomobilinin saxlanılıb cərimə meydançasına aparılmasını əmr edən generalın olduğu xidməti avtomobilin nömrəsinin 10 AA 102 olduğunu yazıb. Məlum olub ki, həmin avtomobil Bakı şəhər Baş polis idarəsinin rəis müavini Səhlab Bağırovundur və keçmiş nazirin avtomobilinin saxlanılmasını da general əmr edib.
Bunu Səhlab Bağırov özü lent.az-a açıqlamasında təsdiqləyib. «Sürücü yol hərəkəti qaydasını pozub, saxlanılıb və avtomobil cərimə meydançasına aparılıb», - general deyib.
Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimai strukturlarla iş şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov isə generalın bu açıqlamasının yayılmasından əvvəl virtualaz.org-a demişdi ki, keçmiş nazirin avtomobili konkret qayda pozuntusuna görə saxlanılıb və cərimə dayanacağına aparılıb.
«Mən hörmətli Zülfüqarova təklif edirəm ki, bizim idarəyə gəlsin və öz iradlarını bildirsin. Mən hörmətli diplomatla şəxsən görüşməyə və ona Heydər Əliyev prospekti ilə hərəkət edərkən yol hərəkəti qaydalarını pozduğunu əks etdirən kamera görüntülərini təqdim etməyə hazıram», - Vaqif Əsədov deyib.
Polkovnik Əsədov keçmiş nazirin avtomobilinin generalın əmri əsasında saxlanıldığını da təkzib etmişdi. Onun sözlərinə görə, Zülfüqarovun avtomobilinin saxlanılmasına dair qanunsuz əmr verilməyib.
***
14:47
Yol polisi tanınmış diplomat, sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun maşınını cərimə meydançasına salıb.
Virtualaz.org bildirir ki, bu barədə Tofiq Zülfüqarov özü «Facebook» səhifəsində yazıb. İctimaiyyətə müraciət edən sabiq nazir bildirib ki, martın 1-də axşam saatlarında Mərdəkandan şəhərə dönərkən H.Əliyev prospektində xoşagəlməz bir hadisə ilə üzləşib: «Belə ki, H. Əliyev prospekti ilə öz maşınımla şəhərə doğru hərəkət edərkən arxadan hansısa bir maşın gah güclü uzaqvuran işıqları ilə görmə qabliyyətinə mane olaraq, gözümü kor edərək, əsəbi- isterik bir vəziyyət yaradaraq məni ötməyə cəhd edirdi. İmkan düşən kimi mən ona ötmə əməliyyatına şərait yaratdım. Bundan sonra məni ötən avtomobil sürətini azaldaraq, sanki tələsməkdən vaz keçdi. Qeyri-müəyyən səbəblərdən yolda sürət saatda 120 km/saat olduğu bir halda məni ötən avtomobil sahibi tormoz etdi. Başa düşdüm ki, qarşımdakı adekvat hərəkətlərə malik olmayan, aqressiv bir avtomobil sahibidir».
T. Zülfüqarov əlavə edib ki, bundan sonra yenidən ona işarə edərək, ötmə əməliyyatını həyata keçirib və magistraldakı sağ cərgədə yer alıb: «Bundan sonra o, yenə məni ötərək qabağa getdi. Və hadisələr bundan sonra tamamilə başqa məcrada inkişaf etdi».
Sabiq nazir qeyd edib ki, yol patrul xidmətinin maşını onu saxlayaraq yol hərəkəti qaydalarını pozduğunu bildirib: «Məlum oldu ki, mənim saxlanmağım barədə göstərişi bir az öncə yolda başıma oyun açan hansısa rütbəli məmur verib. Düzdür, yol polisi əməkdaşları çox hörmətlə mənim sənədlərimi yoxladılar, daha sonra içkili olub-olmamağımla bağlı test etdilər. Və gördülər ki, hər şey qaydasındadır və mən də içkili deyiləm».
Yoxlamadan sonra yol polisləri T. Zülfüqarova deyiblər ki, məhz həmin maşında Bakı Şəhər Baş Polis İdarəsinin hansısa generalı olub: «Sənədlərin və hər hansı qayda pozuntusunun olmadığına əmin olan polislər maşını cərimə meydançasına aparacaqlarını bildirdilər. Səbəbini soruşduqda – dedilər ki, əmrdir. Sizin avtomobil cərimə meydançasına aparılmalıdır. Çünki hansısa formada qayda pozuntusunu qeyd edə bilmirlər. Hətta, buna görə polis mənə də protokol təqdim etmədi. Mən onların əmrinə tabe olaraq maşını cərimə meydançasına qoyandan sonra, məni evə gətirdilər».
T Zülfüqarov həmçinin qeyd edib ki, adı bəlli olmayan general, yaxşı ki, onu ailə üzvlərinin yanında güllələmək əmri verməyib: «Mənim iki sualım var: Bu möhtərəm «cənab», hansı ki, mən təsadüfən incitdim, kimdir və təcrübəli sürücülər mənim maşın sürməyimdə hansı səhvləri görə bilərlər?
Bax, dünən axşam mənim başıma belə bir hadisə gəldi və mən adı bəlli olmayan generala (avtomobilin nömrəsi aydın görünür), anında ötmə əməliyyatını həyata keçirməsinə imkan vermədiyimə görə, məni ailə üzvlərinin yanında güllələmək əmri vermədiyinə görə təşəkkür edirəm. Amma ciddiyə qalsa... Mənə 1998-ci il yanvarın 15-də prezident Heydər Əliyev tərəfindən diplomatik ranq verilib. Həmin ranq general ranqından da yüksəkdir. Mən həmin ranqa layiq görüldüyüm üçün həmişə fəxr etmişəm, bundan sonra da fəxr edəcəyəm. Ancaq heç bir zaman bundan nə üçünsə istifadə etmədim».