vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
QƏZA, FACİƏ  
16:32 | 7 avqust 2017 | Bazar ertəsi Məqaləyə 2470 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«AA» seriyalı qatil «Lexus»

Bakıda piyadanı öldürən avtomobilin sahibi məlum oldu

MÖVZU İLƏ ƏLAQƏLİ

Bakıda ağır yol qəzası baş verib. VAXT.AZ xəbər verir ki, piyadanı vuraraq öldürən 99 AA 159 dövlət qeydiyyat nişanlı «Lexus»un sahibinin adını öyrənməyə nail olub.

Baş Dövlət Yol Polisi İdarəsindən verilən açıqlamada qəza törətmiş avtomobilin GESCO Mühafizə Şirkətinə məxsus olduğu deyilib.

Məlumat üçün qeyd edək ki, «GESCO» mühafizə və təhlükəsizlik şirkəti 2005-ci ildən fəaliyyət göstərir. Şirkətə AR Daxili İşlər Nazirliyi tərəfindən 03.02.2009 tarixində, xidmətinin həqiqətən də göstərilən qanunun tələblərinə tam cavab verdiyini təsdiq edən müvafiq Lisenziya verilib.


***


VAXT.AZ Lent.az-a istinadən xəbər verir ki, Xəzər rayonu ərazisində - dəniz sahilinə gedən yolda 90 AA 159 dövlət qeydiyyat nişanlı «Lexus» yolu keçən piyadanı vurub. Ağır xəsarət alan 45 yaşlı kişi hadisə yerində ölüb.

Faktla bağlı Xəzər rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, qəzanı törədən avtomobil özəl şirkətlərdən birinə məxsusdur.