
Qayda pozuntularında 67 faiz artım
Yol polisindən qadın sürücülərə xəbərdarlıq
Yol polisindən qadın sürücülərə xəbərdarlıq
Karantin qaydalarını pozan sürücülərə cəza yağdı
Bakıda piyadanı öldürən avtomobilin sahibi məlum oldu
Bu nə dərəcə düzgündür?
Yollarımızda sürət həddi artırılmalıdır, yoxsa azaldılmalı?
Bakının ölüm gətirən zülməti
Ekspertlər deyir ki, sürücülərin piyadaları uzun müddət gözləməməsi nəqliyyatın normal axınını təmin edəcək
Sabiq XİN nazir ilə DİN generalı arasında qalmaqal sülhlə bitdi
Oğrular niyə MDB istehsalı olan maşınları «sevir»?
Səhlab Bağırov: «Bəli, Tofiq Zülfüqarovun maşınının saxlanılmasını mən əmr etmişəm»
Və ya gənclər sürücülük vəsiqəsi almağa niyə həvəslidir?
Yol polisindən piyadalara qarşı sərt addım
Bu yazını mütləq oxuyun...
…Güləşçilər yaralandı
Bəs avtomobilin yürüşünə müdaxilə edənlər məsuliyyətə cəlb olunurmu?
Dövlət idarəsində dövlətin atributu təhrif olunub
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib. İdarədən verilən məlumatda qeyd olunur ki, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən sahibinin mülki məsuliyyəti Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sığorta etdirilməmiş nəqliyyat vasitələri Azərbaycan Respublikası ərazisində yol hərəkətində iştiraka buraxılmamalıdır.
Bu Qaydaların, yəni «İcbari sığortalar haqqında» Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsinə əsasən fiziki şəxslər 50 (əlli), vəzifəli şəxslər 100 (yüz), hüquqi şəxslər isə 300 (üç yüz) manat məbləğində cərimə edilirlər.
Həmin Məcəcllənin 122.1-ci maddəsinə müvafiq olaraq qeyd olunan inzibati xətanın foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsinı nəzərə alaraq, DİN Baş DYP İdarəsi avtonəqliyyat vasitələri sahiblərinin nəzərinə çatdırır ki, 07.06.2017-ci il tarixdən sığortaçı ilə icbari sığorta müqaviləsi bağlanmamış avtonəqliyyat vasitələrinin sahibləri barəsində inzibati xəta haqqında elektron protokolların tərtib edilməsinə başlanılacaq:
«Bu səbəbdən icbari sığorta müqaviləsinin etibarlılıq müddətinə diqqət yetirməyi tövsiyə edir və xatırladırıq ki, mövcud qanunvericiliyə əsasən nəzərdə tutulmuş icbari sığorta müqaviləsinin bağlanmamasına görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs 20 gün ərzində icbari sığorta müqaviləsini bağlamalıdır. Bu müddətdə şəxs həmin əməlin törədilməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb olunmur. Lakin, həmin xətanın aşkarlandığı gündən hesablanaraq 20 gün ərzində icbari sığorta müqaviləsi bağlanmazsa, hər verilən müddət keçdikcə avtonəqliyyat vasitəsinin sahibi (nəqliyyat vasitəsini icarə müqaviləsi və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi) barəsində inzibati xəta haqqında təkrar elektron protokollar tərtib ediləcək».