
Qayda pozuntularında 67 faiz artım
Yol polisindən qadın sürücülərə xəbərdarlıq
Yol polisindən qadın sürücülərə xəbərdarlıq
Karantin qaydalarını pozan sürücülərə cəza yağdı
Bakıda piyadanı öldürən avtomobilin sahibi məlum oldu
Bu nə dərəcə düzgündür?
Bakının ölüm gətirən zülməti
Avtomobili sığortasız sürücülərə bəd xəbər
Ekspertlər deyir ki, sürücülərin piyadaları uzun müddət gözləməməsi nəqliyyatın normal axınını təmin edəcək
Sabiq XİN nazir ilə DİN generalı arasında qalmaqal sülhlə bitdi
Oğrular niyə MDB istehsalı olan maşınları «sevir»?
Səhlab Bağırov: «Bəli, Tofiq Zülfüqarovun maşınının saxlanılmasını mən əmr etmişəm»
Və ya gənclər sürücülük vəsiqəsi almağa niyə həvəslidir?
Yol polisindən piyadalara qarşı sərt addım
Bu yazını mütləq oxuyun...
…Güləşçilər yaralandı
Bəs avtomobilin yürüşünə müdaxilə edənlər məsuliyyətə cəlb olunurmu?
Dövlət idarəsində dövlətin atributu təhrif olunub
Mənzil başına tez çatmaq üçün bəzi sürücülər avtomobili yüksək sürətlə idarə edir. Sürət məsafəni qısa zaman kəsiyində başa vurmağa kömək etsə də, bir çox təhlükələrə də səbəb olur. Ancaq bəzən sürücülər yollarda sürət həddinin aşağı olmasından şikayət edir, sürətin artırılmasını tələb edirlər. Bəs görəsən sürət həddi nə zaman artırıla bilər? Yollarımız sürət həddinin artırılmasına imkan verirmi?
Məsələ ilə bağlı Modern.az-a danışan Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyevin sözlərinə görə, sürət həddinin hansısa ərazidə artırılması və yaxud da endirilməsi yalnız Nazirlər Kabinetinin Yol Hərəkətində Təhlükəsizlik Komissiyasının qərarı əsasında həyata keçirilir.
«Sözsüz ki, istənilən ərazidə müəyyən olunmuş sürət o ərazidə təhlükəsizliyin təmin edilməsi şərti ilə müəyyənləşir. Hansısa yolda şərait varsa, təhlükəsizdirsə o zaman sürəti artırmaq olar. Hazırda ölkə ərazisində təhlükəsizliyi təmin olunmuş yollarda sürət həddi kifayət qədər yüksəkdir. Minik avtomobilləri üçün 110 km/saat, yük avtomobilləri üçünsə 70 km/saat nəzərdə tutulub. O yollar avtomagistral deyillər, avtomagistral olmasına baxmayaraq şərait imkan verir ki, həmin ərazilərdə sürət həddi yüksəldilsin. Bakı-Qazax yolunun Bakıdan Gəncəyə qədər hissəsində əksər yerlərdə minik avtomobillərinin sürəti 110 km/saat-dır. Bu da insanların yollarda ləngiməmələri, ünvana tez çatmaları üçün atılan addımdır. Sözsüz ki, həmin yollarda da yaşayış məntəqəsi yerləşirsə, hansısa bir təhlükəli olan ərazi varsa, orada sürət həddi 90 km/saat-a, yaşayış məntəqələrində isə 60 km/saat-a endirilir.
Bu gün hansısa ərazidə sürət həddinin yüksəldilməsi və ya endirilməsi üçün həmin ərazinin sakinlərindən, sürücülərdən və yol polisi əməkdaşlarından müraciət olduğu halda araşdırma aparılır. Əgər yol sürət həddinin artırılmasına uyğundursa, əlavə təhlükəsizlik tədbirləri görülməklə sürət həddi artırıla bilər».
Kamran Əliyev deyib ki, sürücü avtomobili diqqətli idarə edərsə, 110 km/saat çox da yüksək sürət deyil.
«Təbii ki, sürücü sürətin çox olmasının özü üçün təhlükə yaratdığını hiss edirsə, o sürətlə nəqliyyat vasitəsini idarə etməyə hazır deyilsə, 110 km/saatla idarə etməyə məcbur deyil. Əgər sürücü aşağı sürətlə avtomobil idarə edirsə, başqalarına maneçilik yaratmamaq üçün yolun sağ hissəsi ilə hərəkətini davam etdirməlidir. Yüksək sürətlə hərəkət edən sürücülər bunu nəzərə almalıdır ki, onlar həm özləri, həm də digər yol iştirakçıları üçün təhlükə yarada bilərlər».
Hüquqşünas Ərşad Hüseynov bildirib ki, Azərbaycan yollarında sürət həddini azaltmaq lazımdır, atırmaq yox.
«Hal-hazırda Azərbaycanın bəzi yollarında qanunsuz olaraq təhlükəli sürət həddi müəyyən olunub. Həmin sürət həddi azaldılmalıdır. Sürətin artırılmasından söz gedə bilməz. Azərbaycanda ən yüksək sürət -120 km/saat-aeroport yolundadır. Amma nə o yol 120km/saatlıq yoldur, nə də o yolda avtomobil idarə edənlər 120 km/saat ilə idarə etməyi bacarırlar. Ən çox qəzalar yüksək sürət səbəbindən baş verir. Yollarımızın bəzilərində təhlükəsizlik tədbirləri nəzərə alınmadan yüksək sürətlər qoyulub, onlar azaldılmalı və optimallaşdırılmalıdır».