
“Daha da azğınlaşdılar”
Evi başına uçurdulan şəxsdən ilginc iddia: ““Melissa Park” məhkəmə qərarını çeynədi”
Evi başına uçurdulan şəxsdən ilginc iddia: ““Melissa Park” məhkəmə qərarını çeynədi”
“Onkoloji xəstə olan bacımın qoluna daş düşdü, şüşə isə mənim qolumu kəsdi”
Baş prokuror: “Biz hətta Xocalı canilərini belə tutub məsuliyyətə cəlb etmişik”
Niyə gömrük və polis akademiyamız var, amma vergi yoxdur?...
Yol polisindən qadın sürücülərə xəbərdarlıq
Zakir Qaralovu o əvəzləyəcək
Karantin qaydalarını pozan sürücülərə cəza yağdı
Vilayət Eyvazov Azərbaycanın daxili işlər naziri təyin olundu
«Oğlum polis tərəfindən işgəncə ilə öldürülüb»
Aralarında QİÇS xəstələri də var
Yenə yüksək sürət faciəsi - 2 ölü, 2 yaralı
Bakıda piyadanı öldürən avtomobilin sahibi məlum oldu
Bu nə dərəcə düzgündür?
Yollarımızda sürət həddi artırılmalıdır, yoxsa azaldılmalı?
Adi polis hansı durumda yol hərəkəti qaydasını pozan sürücünü saxlaya bilər?
Bakının ölüm gətirən zülməti
«2016-cı ildə ümumilikdə 280 nəqliyyat vasitəsinin oğurlanması və qaçırılması barədə yol polisinə məlumat daxil olub. Onlardan 227-si isti izlərlə tapılıb».
Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev məlumat verib:
«Bəzən qaçırılma ilə bağlı elə məlumat daxil olur, araşdıranda belə məlum olur ki, onları avtomobilin sahibinin yaxınları xəbərsiz götürüb, aparıb. Avtomobil sahibi də maşınının oğurlandığını düşünüb».
Kamran Əliyev deyib ki, Azərbaycanda ən çox oğurlanan avtomobillər arasında MDB istehsalı olan maşınlar üstünlük təşkil edir.
«Bunun da başlıca səbəbi MDB istehsalı olan avtomobillərə müdaxilə etməyin asan olmasıdır», - Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi deyib.
Sığorta şirkətlərindən də bildiriblər ki, Azərbaycanda qaçırılma və oğurlanma halları daha çox MDB istehsalı olan «Vaz 2107» markalı avtomobillərlə bağlıdır. Bunun da əsas səbəbi həmin avtomobillərin qapılarının sadə vasitələrlə daha asan açılması, siqnalizasiya və qoruma sisteminin zəif olmasıdır.