
Qayda pozuntularında 67 faiz artım
Yol polisindən qadın sürücülərə xəbərdarlıq
Yol polisindən qadın sürücülərə xəbərdarlıq
Karantin qaydalarını pozan sürücülərə cəza yağdı
«Azəravtoyol» rəsmisindən çökən yolla bağlı yeni açıqlama: «Yolun dağılmasına səbəb kollektorun dağılması olub»
Bakıda piyadanı öldürən avtomobilin sahibi məlum oldu
Bu nə dərəcə düzgündür?
Yollarımızda sürət həddi artırılmalıdır, yoxsa azaldılmalı?
Bakının ölüm gətirən zülməti
Avtomobili sığortasız sürücülərə bəd xəbər
Ekspertlər deyir ki, sürücülərin piyadaları uzun müddət gözləməməsi nəqliyyatın normal axınını təmin edəcək
Sabiq XİN nazir ilə DİN generalı arasında qalmaqal sülhlə bitdi
Oğrular niyə MDB istehsalı olan maşınları «sevir»?
Səhlab Bağırov: «Bəli, Tofiq Zülfüqarovun maşınının saxlanılmasını mən əmr etmişəm»
Və ya gənclər sürücülük vəsiqəsi almağa niyə həvəslidir?
Yol polisindən piyadalara qarşı sərt addım
Bəs avtomobilin yürüşünə müdaxilə edənlər məsuliyyətə cəlb olunurmu?
10 gün ərzində həmin qərardan apellyasiya şikayəti etmək hüququ varmış
Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, qarlı və şaxtalı havada sürücülərdən son dərəcə diqqətli olmaları tövsiyə olunub. Yol polisi sürücülərə xüsusi qış təkərlərindən istifadə etməyi, nəqliyyat vasitələrini texniki baxışdan keçirməyi, qış üçün təkər və işıq faralarını uyğun hala gətirməyi, avtomobillərində zəncir, dartı kəndiri və s. lazımi avadanlıqların olmasını təmin etməyi, təqib məsafəsinə diqqət edərək məcbur qalmadıqca ötmə hərəkəti etməməyi, dumanlı hava şəraitində gündüz saatlarında yaxını göstərən faraları yandırmağı məsləhət görüb.
***
16:48
Dekabrın 14-15-də ölkədə gözlənilən hava şəraiti ilə əlaqədar olaraq «Azəravtoyol» ASC balansında olan avtomobil yollarında hərəkətin fasiləsiz təşkili üçün gücləndirilmiş iş rejimində çalışacaq.
«Azəravtoyol»dan «APA-Economics»ə verilən məlumata görə, yolların qardan və buzdan təmizlənməsi üçün bütün texnika, maşın-mexanizmlər hazır vəziyyətə gətirilib, kifayət qədər duz və qum ehtiyatı toplanıb. Bakı şəhərində balansda olan yollarda, küçə və prospektlərdə, xüsusi ilə daha tez qar tutan və buzlaşan yollarda xidmət aparmaq üçün öncədən maşın-mexanizmlər əraziyə çıxarılacaq.
Analoji addımlar respublikanın avtomobil yollarında da atılacaq. Atılacaq qabaqlayıcı addımlara baxmayaraq, sürücülərin də bu cür hava şəraitinə hazır olması şərtdir. Onlardan xahiş olunur ki, nasaz avtomobillərlə, xüsusi ilə yay şinlər ilə (4 mövsüm) təchiz olunmuş avtomobillərlə yollara çıxmasınlar. Çünki həmin avtomobillərin hərəkətində problemlərin olması qaçılmazdır. Üstəlik onlar digər avtonəqliyyat vasitələri üçün də maneə törədərək yollarda sıxlığın və tıxacın yaranmasına gətirib çıxaracaqlar. Belə olduqda isə yollarda yaranan sıxlıq və tıxac səbəbindən qar təmizləyən və duz-qum qarışığı səpən texnikaların da yollarda hərəkətində problemlər yaşanır. Nəticədə yolların vaxtında təmizlənərək hərəkətin fasiləsizliyini təmin etmək mümkün olmur.
Hər bir halda az təcrübəyə malik sürücülərin də yollara çıxması tövsiyə olunmur.
Bundan başqa respublikanın avtomobil yollarının, xüsusən dağlıq ərazilərdə enişli-yoxuşlu sahələrin və sərt döngələrin kənarlarına öncədən duz-qum qarışığından ibarət ehtiyatlar toplanıb. Qeyri-sabit hava şəraitində idarə etdiyi avtomobilinin hərəkətinin çətinləşdiyini görən sürücülər, xüsusi maşın-mexanizmin əraziyə cəlb olunmasını gözləmədən sözügedən ehtiyatlardan istifadə etməklə yollarına davam edə bilərlər.