«Məni yaşadan Rusiyadır»
Polkovnik Vaqif Əsədov: «Bunu qazanmışamsa, demək ...»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Bakıda nömrəsiz maşınları kimlər sürür?
«Vətən qarşısında xidmətləri icazə vermir ki, qanunu pozsunlar»
-
11 mindən çoxu sərxoş olub
133 786 sürücü, 83 567 piyada cərimə olunub
-
«Yol polisi olmasa, ...»
Polkovnik taksi sürücülərindən şikayətçidir
-
Maşın ustaları yol polisi ilə əlbir imiş
Avtomobilinizi təmir etdirmək üçün arayış almasanız sizi cərimə gözləyir
-
Hərə əlinə bir qələm alıb...
Jurnalistlərin evinə göz dikənlər...
-
«Lazımdırmı?»
Sabiq XİN nazir ilə DİN generalı arasında qalmaqal sülhlə bitdi
-
DİN generalı ilə «XİN generalı»nın insidenti
Səhlab Bağırov: «Bəli, Tofiq Zülfüqarovun maşınının saxlanılmasını mən əmr etmişəm»
-
«Üçlər məndən əl çəkmir»
Polkovnik Vaqif Əsədov: «Çalışrıq kameraya düşməyək»
-
Xüsusi zolaqlar tıxac probleminin həllidirmi?
Həmin zolaqlarda avtobuslarla yanaşı ... xüsusi nəqliyyat vasitələri də hərəkət edəcəklər
-
Sürücünün səhvi generalı bitirdi
İlham Əliyev Həsən Şirinovu öz kortejindən çıxardı
-
Qanlı statistika
Bakıda 6 ay ərzində 54 avtobus qəzası olub; yaralananların sayı ölənlərdən 4 dəfə çoxdur
-
DYP-yə «avtoş»larla bağlı tapşırıq
«Kimliyindən asılı olmayaraq, istənilən şəxs saxlanılacaq»
-
Elnarəni «xilas edən» saqqalı kimdir?
«Jeep Wrangler»i polisin əlindən alan «angel»in kimliyi maraqlıdır
-
Elnarənin şıltaqlığı ...
... Sərt cəza ilə bitdi
-
Avtobus sürücüləri nəzarətdə
Yol polisi reydlərə başladı
-
«Mehriban olun!»
Nəqliyyat Nazirliyi avtobuslarının sərnişinlərinə kaskadyor sertifikatı paylanmalıdır
«Hesab edirəm ki, bu məsələlər inandığım jurnalist dostlarımın məni gündəmdə saxlamaq istəyindən irəli gəlir. Nəhayət, paxıllıq hisləri özünü büruzə verir».
Bunu Modern.az-a Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov milyonluq villasının olması ilə bağlı bəzi KİV-lərin yaydığı məlumatlara münasibət bildirərkən deyib.
«Mən hər kəsə cana sağlığı arzulayıram. Qoy Allah hər kəsə mənim yaşadığım villa kimi ev qismət eləsin. Görünür mentalitetimizdə nöqsan var. Mən dəfələrlə demişəm, bir də deyirəm, mən fəxr edirəm ki, yuxarıda Allah, yerdə rəhbərliyim və jurnalistikada işləyən dostlarım var ki, bu hörməti qazanmışam. 15 ildir ki, sizlərlə işləyirəm. İncimişik də, küsmüşük də, telefonlara cavab verməmişəm də. Amma 15 il eyni vəzifədə çalışıb insanların rəğbətini qazanmaq özü böyük səadətdir. Deməli burada nə isə var. Dünyadakı xalqların əksəriyyəti münasibətləri şəxsi maraq üzərində qurur. Mən bu 15 ildə münasibətləri şəxsi maraq üzərində qurmadım. Ən azından hər kəs verdiyim salamımı aldı. Mən bunu qazanmışamsa, demək Allah-Təala istəyib. Allahın qismətini yüz bəndə yığışsa da əlindən ala bilməz».
V.Əsədov evinin fotosunu yayımlayan jurnalistə sual da ünvanlayıb: «İndi siz deyin, Vaqif Əsədov tövlədə yaşamalıdır?! Kişi kişinin malını saymaz. Niyə gəlib oğurluqda çəkirsiz?! Gəlin evə, qapım da, bacam da sizin üzünüzə açıqdır. Əgər qapını açmasam, gedin oğurluq çəkin. Ən azından o evin içini də, evdə yaşayan insanları da çəkin. Görün neçə nəfər qalır o villada?!».
Qurum rəsmisi deyib ki, respublikada ona məxsus heç bir biznes yoxdur: «Mənim nəyim varsa, xaricdədir. Nəyim var Rusiyada, Moskvadadır. Heç vaxt ölkəmizdə biznes qurmağa can da atmamışam. Nəyim varsa, dostlarımdır, məni əhatə edən insanlardır. Məni yaşadan da Rusiya və başqa ölkələrdə olan fəaliyyətimdir».
Xatırladaq ki, Vaqif Əsədov jurnalistlər üçün inşa edilmiş binadan mənzil almaq üçün sənədlərini KİVDF-ə təqdim edib. Bu da jurnalistlər arasında yaxşı qarşılanmayıb və saytlardan biri Vaqif Əsədovun villasının fotosunu çəkərək yayıb. Polkovnik əvvəlcə villasının olduğunu təsdiq etməmişdi.