Dini liderlik uğrunda savaş
Rəisinin ölümü iki qardaş arasında olan gizli mübarizəni alovlandırdı
Zaur ƏLİYEV, dosent
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Jestin adı “B-52” və “F-22”
ABŞ İsrailə verəcəyi bombardmançılar və qırıcılar İranı aciz qoyacaq
-
“Zərbə məhdud olacaq”
Pentaqon İranı vurmağa hazırlaşır?
-
“İran bizi axtaracaq”
Tramp: “Çox kədərli bir vəziyyətdir”
-
… Olar, ya yox?
Rusiyadan icazəsiz Transxəzər qaz kəməri çəkmək …
-
“Bu nəticələr bizə zərbədir”
Xəzərlə bağlı razılaşma Ermənistanda qorxu yaratdı
-
Xəzər necə bölüşdürüldü?
Deputatdan açıqlama: “Bu qərardan sonra sahilyanı dövlətlər Transxəzər boru kəmərinin reallaşmasına mane ola bilməyəcək”
-
“Qarşımızda yeni perspektivlər açılır”
İlham Əliyev: “Gələn il Xəzərdə neft çıxarılmasının 70 illiyini qeyd edəcəyik”
-
Konvensiya bağlandı...bəs sonra?
Azərbaycan nə uddu?
-
“Xəzərdə ABŞ bazası yerləşdirilməyəcək”
Qazaxıstan XİN: “Bütün bunlar konvensiyada əks olunub”
-
“Qonşularımızın yanındaydıq”
İran Türkiyənin müdafiəsinə qalxdı
-
“Hər şey razılaşdırlıb”
ABŞ Xəzərin bölgüsünü şərh etmək istəmədi
-
“Sabah Xəzərlə bağlı tarixi qərar qəbul ediləcək”
Nazarbayevdən müjdə
-
“ABŞ-a etibar etməyin”
Ruhanidən Şimali Koreyaya xəbərdarlıq
-
Netanyahudan dünyaya çağırış
İran qoşunlarının Suriyadan çıxarılması üçün beynəlxalq saziş hazırlana bilər
-
Yeni müharibə hədəsi ...
... Bölgədə böyük fəlakətə yol açacaq
-
Nüvə silahı müəmması
Dünyanı şoka salan bəyanat – sirli sənədlərdə nə var?
İran Prezidentinin ölümündən dərhal sonra qərb mediası və nüfuzlu beyin mərkəzləri 4 iyun 1989-cu ildən dini rəhbər olan Seyyid Əli Hüseyni Xameneinin varisi kimi onun ikinci oğlu Müctəba Xameneinin adını qeyd edirlər.
Dini rəhbər vəzifəsinə ən real namizəd olan İbrahim Rəisi Xamenei ailəsinin iki iddialı üzvü üçün əsas hədəf idi. Preizdentlə Xameneinin ailə üzvləri arasındakı mübarizə açıq sezilirdi. Rəisinin ölkə daxilində uğursuzluqlarına iki qanad – böyük oğul Mustafanın ciddi nüfuza sahib olduğu Qum dindarları və Müctəba Xameneinin əmrləri ilə oturub-duran SEPAH səbəb olurdu.
Müctəba Xamenei xalq arasında sevilmir. Onun kifayət qədər pul hərisliyi olması İranda beyin mərkəzləri tərəfindən də təsdiq edilir. Övladının Britaniyada özəl xəstəxanada dünyaya gəlməsi üçün Müctəbanın külli-miqdarda xərc çəkməsi nəinki yüksək ruhanilər, hətta atasının də ciddi narazılığına səbəb olmuşdu. 2011-ci ildə atasına qarşı sui-qəsd planlaşmasında da adı hallanmış Müctəba bir müddət həbs də edilmiş idi. Hakimiyyət hərisi olan Müctəbaya qarşı ölkədə belə şüar var: “Müctəba, öləsən, rəhbərliyi görməyəsən!”
Bütün etirazlara baxmayaraq Müctəba hazırda dövlət aparatının idarə olunmasında əsas rollardan birini oynayır. Belə ki, SEPAH və Bəsic başda olmaqla İranın aparıcı silahlı qüvvələri məhz onun əmrindədir.
Adı rəsmən varis kimi hallanmasa da Əli Xameneinin böyük oğlu 1965-ci il təvəllüdlü Mustafa dini lider vəzifəsinə ruhaniliyə daha çox bağlı olduğuna görə ciddi namizəd sayılır. O artıq İranda “Hüccətul-İslam/Ayətullah Seyid Mustafa Xamenei” kimi də tanınır. Din təhsilinə üstünlük verən, İranın əsas mərkəzlərindən sayılan Qum şəhərində yaşayan Mustafa Xamenei İran-İraq müharibəsinin də iştirakçısıdır. Eyni zamanda ona nüfuz gətirən digər hal, İranın tanınmış ruhanisi Əzizullah Xoşvəqtin kürəkəni olmasıdır. Qum isə İranda əsas təhsil və siyasi mərkəz kimi sayılır. Ruhani dairələrdə böyük nüfuz qazanmış Xoşvəqtə yaxın olmuş şəxslər kürəkən Mustafanın ali dini rəhbər olması üçün hazırda güclü bir qruplaşma yaradıblar.
Rəisinin ölümü bu iki qardaşa da sərf edirdi. SEPAH rəhbərliyi və Qum seminariyasının yüksək rütbəli ruhaniləri üçün artıq varis məsələsində konkret mübarizə meydanı açılıb.
Varis siyahısında olan Müctəba Xamenei (ölkədəki dərman biznesinin sahibi, Hizbullahın bir nömrəli himayəçisi) adı rəqibi Rəisinin ölümündə şübhəlilərin arasında ilk sıradadır. Bu gün İranın adlı-sanlı ruhaniləri məhz onun Rəisinin aradan götürməsi barədə dünya mediasına məlumat sızdırılar. Yayılan informasiyalara görə Müctəba Xamenei dini rəhbər, hazırkı parlamentin Məhəmməd Bəkir Qalibafın Prezident olması ilə bağlı hazırlıq gedir. Hətta mühüm iki qurum – Ekspertlər Məclisi və Qəyyumlar Şurasında artıq lobbiçilik başlayıb. Bu iki şəxsin dostluğu və ortaq bizneslərini olması barədə çox saylı məlumatlar var. Şayiələrə görə parlamentin sədri Məhəmməd Bəkir Müctəba ilə biznes şərikliyindən 8 milyard dollar pul qazanıb.
Qəzada ilkin versiyada SEPAH-ın ittiham edilməsi onu göstərir ki, Rəisinin ölümündə Mustafa Xameneini diqqətdən kənarda saxlamaq olmaz. Prezidentin ölümündə qardaşı Müctəbanın şübhəlilərin ilk sırasında olacağını bilən Mustafa bu qəzanı Qum Seminariyası ilə birgə də planlaşdırmış ola bilər. Bir güllə iki rəqibini – Rəisini və qardaşını neytrallaşdırıb şəksiz lider ola bilər...
SEPAH yaxud Qum Seminariyası hansı qalib gələcək bu mübarizədə onu daxili siyasət göstərəcək.
Lakin burda az şübhəli bir fiqur da var. Şansı az olsa da inqilabın lideri Ruhulla Xomeyninin nəvəsi Həsən Xomeyni də vəzifə iddiasındadır. Əgər bu iki qardaşdan biri qalib olmasa onun namizədliyi müzakirəsiz keçəcək. Qələbəsi zəif ehtimal olan bu şəxsin arxasında babası Xomeyniyə sadiq insanlar durub.