vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
REGİON  
10:29 | 20 may 2024 | Bazar ertəsi Məqaləyə 1710 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rəisi kim idi?

İndi nə olacaq?

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

63 yaşlı İran prezidenti İbrahim Rəisi vertolyot qəzaya uğraması nəticəsində dünyasını dəyişib.

Bəs 2021-ci ildən vəzifədə olan Rəis kimdir?

İran İslam Respublikasının son prezidenti İbrahim Rəisi 2021-ci ildən vəzifəsinin icrasına başlayıb. Rejimə ciddi şəkildə sadiq olan prezident həm də İranın dini lideri Ayətullah Xameneinin varisi kimi görünürdü.

Rəisi 1960-cı ildə ölkənin dini əhəmiyyətli şəhərlərindən olan Məşhəddə ruhani ailəsində anadan olub. 15 yaşında şiə ilahiyyat məktəbində oxumaq üçün Qum şəhərinə gedib.

O, İranın bir çox sosial və iqtisadi dəyişikliklərdən keçdiyi illərdə böyüyüb, İslam İnqilabında fəal rol alıb. İslam İnqilabının təlatümlü ilk illərində Rəisi təhsilini Tehrandakı Şəhid Mötəhəri Universitetində davam etdirib və burada İslam hüququ üzrə doktorluq dərəcəsi alıb.

1979-cu ildə inqilabdan sonra müxtəlif bölgələrdə prokuror işlədikdən sonra 1985-ci ildə prokuror köməkçisi kimi paytaxt Tehrana göndərilib.

Bir çox iranlı insan haqları fəalının fikrincə, Rəisinin 1988-ci ildən sonra siyasi məhbusların öldürülməsində böyük rol oynayıb. Amma o özü bu iddialara heç vaxt cavab verməyib.

1989-cu ildə Xamenei İranın dini lideri olduqdan sonra Rəisinin məhkəmə sistemində yüksəlişi sürətlənib.

Belə ki, Rəisi 1990-1995-ci illərdə Tehranın Baş Prokuroru vəzifəsinə təyin edilib.

2009-cu ildə mübahisəli prezident seçkiləri aylarla ictimai etirazlara səbəb olanda Rəisi kütləvi həbslər həyata keçirib, bununla bağlı keçirilən məhkəmələrdə etirzaçıların ən sərt cəza almasında və edam olunmasında əsas rol oynayıb.

2016-cı ildə o, ölkənin ən böyük xeyriyyə təşkilatının rəhbəri təyin edilib və milyardlarla dolların idarə olunmasına cavabdeh olub. 2019-cu ildə ədliyyə naziri olan Rəisi həmin il 2009-cu il hadisələrinə görə ABŞ tərəfindən sanksiyalara məruz qalıb.

2017-ci ildə seçkilərdə Həsən Ruhaniyə uduzan Rəisi 2021-ci ildə keçirilən prezident seçkilərində qalib gəlib.

2022-ci ilin sonlarında qadınların İslami geyim qaydalarını pozduğuna görə həbsdə olunan Məhsa Əmininin öldürülməsindən sonra ölkədə etiraz dalğası başlayıb.

2023-cü ilin martında uzun müddətdir regional gərginlik yaşanan İran və Səudiyyə Ərəbistanı diplomatik münasibətləri bərpa edən saziş imzalayıb.

Səudiyyə Ərəbistanı ilə münasibətlərin yumşalması Rəisi dövründə İranın xarici siyasəti üçün gözlənilməz bir hadisə olub.

İndi nə olacaq?

İran Konstitusiyasına görə, prezident vəzifədə olarkən vəfat edərsə, onun səlahiyyətlərini birinci vitse-prezident icra edir. Yeni prezident ən geci 50 gün ərzində seçilməlidir.

Rəisinin səlahiyyət müddəti 2025-ci ilə qədər davam etdirəcəkdi. Lakin onun ölümü ilə birinci vitse-prezident Məhəmməd Muxbar vəzifəsinin icrasına başlayacaq. Konstitusiyaya görə, yeni prezident iyulun əvvəlində seçilməlidir.