vaxtlı-vaxtında oxuyun! Bazar, 1 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
OLAY  
10:22 | 15 noyabr 2017 | Çərşənbə Məqaləyə 3040 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

11 mindən çoxu sərxoş olub

133 786 sürücü, 83 567 piyada cərimə olunub

MÖVZU İLƏ ƏLAQƏLİ

Yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı 2017-ci il yanvarın 1-dən noyabrın 11-dək Bakı şəhəri üzrə keçirilən tədbirlər nəticəsində 590 mindən artıq inzibati protokol tərtib edilib.

Bu barədə «Trend»ə Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

V.Əsədov bildirib ki, 11 mindən artıq sürücü avtomobili sərxoş idarə etdiyinə görə, 6218 sürücü ötmə, manevr etmə qaydalarının pozulmasına, 127 568 sürücü yolayrıcını keçmə qaydalarının pozulmasına görə inzibati məsuliyyətə cəlb edilib.

Bundan başqa, 83 567 piyada saxlanılaraq inzibati məsuliyyətə cəlb edilib.