vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 25 iyun 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
AMERİKA  
12:46 | 20 may 2024 | Bazar ertəsi Məqaləyə 1171 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İrqçi siyasətçinin qubernatorluq iddiası

Respublikaçıların Missuri ştatındakı namizədlərinin özünəməxsusluğu ...

XALİDƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ-də “Ku Klux Klan”la (KKK) əlaqəsi olduğu bildirilən Missuri qubernatorluğuna namizədin partiyasının siyahısından kənarlaşdırmaq səylərinə baxmayaraq, seçki bülletenində qalacağına dair qərar verilib.

Respublikaçılar Partiyasının Missuri ştatı rəhbərliyi Darrell MakKlanahanı avqustda keçiriləcək partiyanın ilkin seçkiləri üçün səsvermə bülletenində yer almaması üçün məhkəməyə müraciət edib. “Associated Press” xəbər verir ki, Darrell MakKlanahan əvvəlcə partiyaya üzv seçilib, amma daha sonra onun nasist salamı verdiyini əks etdirən fotoşəkillər ortaya çıxdıqdan sonra xaric edilib.

“Cole County” Mobil Məhkəməsinin hakimi Kotton Valker bugünlərdə MakKlanahanın qubernator yarışına girə biləcəyinə dair qərar verib.

“The Guardian”a xəbərinə görə, MakKlanahanın vəkili Deyv Roland, məhkəmə qərarı partiya liderlərinin “əsas səsvermədə kimin yer alacağını seçməkdə hüququna” malik olmadığını təmin etdiyini söyləyib.

“Antidiffamasiya Liqasının” (ADL) məlumatına görə, namizədin KKK ilə də əlaqələri var. ADL 2022-ci ildə Darrell MakKlanahanın irqçi və antisemit inancları müdafiə edən və sektanın böyük təsiri altında olan “Christian Identity” adlı təriqətə bağlı olduğunu bildirib. Darrell MakKlanahan daha sonra 2022-ci ildə dərc olunan məqaləyə görə ADL-i məhkəməyə versə də, iddiası rədd edilib.

ADL 2019-cu ildə adıçəkilən şəxsin, ABŞ-ın cənub ştatlarının ayrılmasını və ağdərililərin üstünlüyünü tələb edən “Cənub Liqası”nın üzvlük vəsiqəsini paylaşıb.

Bu seçkilər MakKlanahanın ilk siyasi yarışması deyil. O, 2022-ci ildə ABŞ Senatına seçkilərə də qatılıb və 1 faizdən az səslə məğlub olub.

Qubernatorluğa namizəd “ağ tərəfdarı” olduğunu qəbul etsə də, ADL-nin irqçi və ya antisemit iddialarını rədd edib. O, həmçinin heç vaxt KKK-ya qoşulmadığını və ona yalnız bir illik “fəxri üzvlük” verildiyini iddia edib.

Respublikaçı qubernator Mayk Parson son səlahiyyət müddətini başa vurduğu üçün bu yay ilkin seçkilərdə MakKlanahan bir neçə rəqiblə qarşılaşacaq.

Missuri ştatında Respublikaçılar Partiyasının digər radikal sağçı namizədi də davranışı ilə mübahisələrə səbəb olub. Ştatının dövlət katibi vəzifəsinə namizədliyini irəli sürən Valentina Qomez LGBTQ+ icmasını aşağılayan video yayımlayıb.

“Amerikada istədiyiniz hər şey ola bilərsiniz. Amma zəif və gey olmayın. Güclü qalın!”

Daha sonra videoda Qomezin əlində silah olan fotosu əks olunub.

Video dərhal əks-səda doğurub. Sosial şəbəkə istifadəçiləri videonu lağa qoyublar və LGBTQ+ əleyhinə olan bu bəyanatı qınayıblar. Əvvəlki aylarda Qomezin LGBTQ mövzulu kitabları yandırdığı bir video yayımlanmışdı. “Twitter” “Nifrətli davranış qaydalarına zidd ola biləcəyini” əsas gətirərək paylaşımı məhdudlaşdırmışdı.