“Hüccətül-İslam” necə Ayətullah oldu?
Dini lider Əli Xamenei oğlunu hakimiyyətə hazırlayır
CAVİD
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Həm də dərhal
Qərb İrandan yüksək zənginləşdirilmiş uranı məhv etməyi tələb edir
-
“İranın üç konsulluğu bağlanıb”
Vətəndaşının edamı Almaniya hakimiyyətini hiddətləndirib
-
Nəsrullahın ölümü 5 sualda
Bu əməliyyatdan sonra Yaxın Şərq hərtərəfli müharibəyə sürüklənə bilər
-
SEPAH generalı da öldürülüb
Azərbaycanı hədələyən Nilforuşan “Hizbullah”ın bombalanan qərargahında olub
-
İranın Azərbaycana hücum etmə ehtimalı
Regional təsirlər və geosiyasi reallıqlar
-
... 20 milyon dollar mükafat
İranlı zabitin həbs olunmasına kömək edəcək məlumat üçün ...
-
Tramp İranı hədələyib
“Ölkənizi məhv edəcəyik deyərdim”
-
Peycer hücumundan sonra İran təhlükə altındadır
İsrail əməliyyatının əks-sədası Tehrana birbaşa hücum ehtimalını artırır
-
Pezeşkiyanın İsrail bəyanatı
Gərginliyi azaltmaq istəyi ilə bağlı çıxışdan sonra İranda gərginlik yaranıb
-
Terrorçulara rus raketləri
İran Husilərə Rusiyanın “Yakhont” dəniz raketlərinin çatdırılmasında vasitəçilik edir
-
“Məni 2898 gün zindanda saxladılar”
Namazi İranda məruz qaldığı işgəncələri izah etməkdə çətinlik çəkib
-
ABŞ-dan İrana yeni sanksiyalar
SEPAH üzvləri və həbsxana rəsmilərinin olduğu 12 nəfərlik siyahı
-
Sanksiyalara qarşı əməkdaşlıq
Pezeşkiandan Kremlə çağırış
-
Putin öz “qırmızı xəttini” keçmiş ola bilər
Kreml nüvə sirlərini İranla bölüşməklə Stalin və Xruşşovun etmədyini edib?!
-
Hicab taxmayanların sayı sürətlə artır
İranda diqqətçəkən mənzərə
-
“Qadınlar, həyat, azadlıq”
Parisdə yüzlərlə insan İran qadın hərəkatına dəstək nümayişi keçirib
İran mühafizəkar mediasının iddiasına görə, dini lideri Əli Xamenei oğlunu öz yerinə hazırlayır. Belə ki, Müctəba Xameneinin bir çox təqdimatlarda ayətullah titulu ilə tanıdılmasına başlanılıb.
İran xəbər agentliyinin Müctəba Xamenei barədə məlumatında “Ayətullah” titulundan istifadə etməsi Müctəba Xameneinin atasından sonra dini lider olmağa hazırlaşdığına dair iddialara səbəb olub.
Sosial media istifadəçiləri Rasa Xəbər Agentliyinin dini liderin oğlunu “Ayətullah” kimi qələmə vermək cəhdini Müctəba Xameneinin dini liderliyə hazırlaşdığının göstəricisi kimi şərh ediblər.
Ölkədə ən yüksək dini və siyasi hakimiyyət olan “dini rəhbər” olmaq üçün “Ayətullah” titulu ölkədəki “Təklid Aparatı” və “Ayətullah” səviyyəsində yüksək səviyyəli şiə ruhaniləri tərəfindən verilməlidir.
Rasa agentliyinin Müctəba Xameneinin təhsil aldığı və bir neçə ildir dərs dediyi Qum şəhərindəki Dinşünaslıq fakültəsinə yazılması ilə bağlı xəbərində “Ayətullah” titulundan istifadə edilib. Şiə məzhəbində (Həvza-i İlmiyə), yəni Ayətullah rütbəsi ən yüksək mərtəbə hesab olunur. “Ayətullah” yüksək rütbəli 12 imam şiə ruhanilərinə verilən fəxri addır. Dinşünaslıq fakültəsini bitirdikdən sonra birbaşa əldə edilən elmi adlardan fərqli olaraq, Ayətullah titulu şiə alimləri tərəfindən verilir. Ayətullah şiəlikdə, xüsusən də Cəfəriliyin əsas məktəbi olan Usuli qolunda istifadə edilən bir rütbədir.
Ayətullah rütbəli, yəni Allahın ayəsi (dəlil) olan din xadimləri fətva vermək səlahiyyəti qazanırlar.
Ayətullah rütbəsi alimlər cəmiyyətinin icması əsasında öz müəllimi tərəfindən verildikdə, Ayətullah rütbəsi qazananların fiqh üsulu ilə, xüsusən də Quran, Sünnə, İcma və Ağıl əsasında ictihad (Quranda və ya hədisdə haram-halal vəziyyəti qeyd olunmayan bir suala cavab tapmaq üçün bir fəqih və ya İslam hüququ mütəxəssisi tərəfindən mülahizələrdən istifadə) etmək hüququ vardır.
Əgər ən mühüm Ayətullahlar fiqh metodologiyası yazarlarıdırsa, Ayətullahül-üzma (Böyük Ayətullah), başqa sözlə, mərcə-i təklid səviyyəsinə yüksələ bilərlər.
Xameneinin dörd oğlundan ikincisi olan 53 yaşlı Müctəba Xamenei “Hüccətül-İslam” titulu ilə tanınırdı ki, bu da indiyədək şiə ruhanilər iyerarxiyasında yüksək rütbə sayılmır.
Rasa agentliyi 2003-cü ildə yaradılıb və “Kum Havza-i İlmiyə Xəbər Agentliyi” kimi tanınır. Onun mərkəzi İranın əksər şiə mədrəsələrinin yerləşdiyi Qum şəhərindədir. Agentlik fars, ingilis, ərəb və urdu dillərində yayımlayır. Agentlik özünü dini qurumlarda akademiklər və tədqiqatçılar tərəfindən yaradılmış özəl media qurumu kimi təsvir edir. Bununla belə, islahatçılara bağlı bəzi İran mediası, məsələn, “Jamaran” xəbər saytı Rasanın siyasətə qarışmaqda tənqid edərək, agentliyin İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) tərəfindən maliyyələşdirildiyini və idarə olunduğunu iddia edir.
2011-ci ilin fevralından ev dustaqlığında olan keçmiş baş nazir Mirhüseyn Musəvi avqustun əvvəlində Xamneyinin oğlu Müctəbaya istinad edərək xalqa xəbərdarlıq etmişdi ki, hakimiyyət atadan oğula keçməməlidir. Musəvinin xəbərdarlığı Müctəbanın atasının yerinə keçmək cəhdləri ilə bağlı şayiələrə səbəb olub.
Digər tərəfdən, qeyd etmək yerinə düşər ki, mühafizəkarlar 1981-1989-cu illərdə İranın baş naziri olmuş Musəviyə Xameneini üstüörtülü tənqid etdiyinə görə şiddətlə hücuma keçiblər.
Müctəba Xameneinin İran siyasətindəki fəaliyyəti ilə bağlı şayiələr 2005-ci ildən, o, həmfikir siyasətçiləri hakimiyyətə gətirmək üçün prezident seçkilərinə müdaxilə etməkdə ittiham olunduqdan sonra artmaqdadır.
1981-ci ilin oktyabrından 1989-cu ilin avqustuna qədər prezident Əli Xamneyi dövründə İslam Respublikasının ilk baş naziri vəzifəsində çalışmış Musəvi 2009-cu ildəki mübahisəli prezident seçkilərindən təxminən iki il sonra ev dustağı edilib.
Seçkidən sonra başlayan nümayişlərdə etirazçılar seçkinin nəticələrinə, Əhmədinejadın hakimiyyətə gəlməsinə müdaxilə etməkdə və nümayişçiləri sıxışdırmaqda günahlandırılan Müctəba Xameneiyə qarşı şüarlar səsləndiriblər. Etirazlar zamanı insanlar tez-tez “Rədd olsun Müctəba, hakimiyyətə çatmayacaqsan!” deyə qışqırırdılar.
Son illərdə Müctəbanın SEPAh-la bağlı maliyyə korrupsiyası işlərində əli olması ilə bağlı şayiələr yayılıb. Şayiələr onu bu yaxınlarda Xamenei tərəfindən qovulmuş Hüseyn Tayyibin prezidentliyi dövründə SEPAH kəşfiyyatına nəzarət etməkdə də ittiham edir.
Müctəba Xamenei İran siyasətində sirli şəxsiyyətdir. O, hökumətdə heç bir dövlət vəzifəsi tutmur və ictimaiyyət arasında nadir hallarda görünür. Lakin onun atasının ofisi və SEPAH kimi güclü qurumlarda Xamneyinin digər oğullarından daha çox təsirə malik olduğu deyilir. Müctəba Xameneinin də ölkə siyasətində, o cümlədən ölkənin dövlət radiosunda və qeyri-rəsmi siyasi əlaqələrdə əhəmiyyətli təsiri var.